Tərtib etdi: müəl.,b.ü. f d.  Babaşli a.Ə



Yüklə 9,02 Mb.
Pdf görüntüsü
səhifə2/3
tarix29.12.2016
ölçüsü9,02 Mb.
#3817
1   2   3
Rasional qidalanma,

düzgün təşkil edilmiş elə qidalanmadır ki

qəbul edilən hazır məhsullarda qida maddələrinin insan orqanizminin

fızioloji tələbatlarına uyğunluğunu təmin etməklə yanaşı, eyni

zamanda onların mənimsənilməsi və sərf edilməsi prosesləri arasında

müəyyən tarazlığın olmasını və orqanizmin böyümə və inkişafı ilə

əlaqədar olaraq,



qidaya olan əlavə ehtiyaclarının ödənilməsini nəzərdə tutur.

Rasional qidalanma insan həyatının yaş, peşə, istehsalat, iqlim,

coğrafı mühit, məişət və fərdi xüsusiyyətlərinə müvafıq olaraq

qurulmalıdır. Qidalanmanın bioloji (fızioloji) rolu onun tibbi

aspektləri

baxımından

da

qiymətləndirilməlidir.



İnsanın

sağlamlığına, ömrünə, əmək qabiliyyətinə və xarici mühitin

əlverişsiz amillərinə uyğunlaşmasına, adaptasiyasına təsiri məsələsi

isə qida fıziologiyası elmini tibb elmləri ilə əlaqələndirən əsas

məsələlərdəndir. Qidalanma insanın sağlamlığını müəyyənləşdirən

mühüm təbii amillər sırasına aiddir. Orqanizmin həyat fəaliyyəti,

onda baş verən qurulma və bərpa prosesləri, onlara sərf olunan

enerji və tikinti materialı bilavasitə qidalanmadan asılıdır.

Qida fıziologiyası qidanın kimyəvi tərkibi, enerji dəyəri, sutkalıq

normaları və qidalanmanın rejimi kimi məsələləri araşdırmaqla

bərabər, müxtəlif qida çatışmamazlıqları ilə əlaqədar baş verən

fızioloji və patoloji dəyişiklikləri də nəzərdən keçirir.




Uzunmüddətli tam və ya natamam qidalanma, azkalorili qidalarla 

qidalanma bir tərəfdən orqanizmin həyat fəaliyyətini və 

mövcudluğunu təhlükə altına qoyan mühüm eksperimental-

stressor amillər kimi, digər tərəfdən isə müəyyən xəstəlikləri 

aradan qaldıran və yaxud onların inkişafını zəiflədə bilən tibbi 

vasitə kimi xarakterizə edilir. Aclıq amilinin mənfı təsirinin 

normal qidalanma yolu ilə aradan qaldırılmasının mümkünlüyü 

isə qida fıziologiyasının əsas müddəalarından biridir.

Dövlətin milli siyasətində əhalinin fızioloji normalar hüdudunda 



lazım olan qida ilə təmin edilməsi həmişə əhəmiyyətli (prioritet) 

məsələ kimi qiymətləndirilir. Hər bir insan və vətəndaş normal 

qidalanma hüququna malikdir ki, bu hüququn da əsas təminatçısı 

dövlət və fərdin özüdür. Qida fiziologiyası elmi qidaianmanın 

elmi əsaslarının və potensialının formalaşmasında böyük rol 

oynayır.



Qida fıziologiyası nisbətən cavan elm olmaqla, onun bəzi nəzəri 

və təcrübi əsasları XIX əsrdə formalaşmağa başlamışdır. Fizika, 

kimya, fıziologiya və təbabət sahəsində əldə edilmiş nailiyyətlər

bu sahələrdə canlı orqanizmlərə, onların qidalanması 

proseslərinə şamil edilə bilən bəzi qanunların və ölçmə 

metodlarının kəşfı qida və qidalanma haqqında ilk elmi 

təsəvvürlərin yaranmasına səbəb olmuşdur. R. Mayer, C.Coul, 

H. Helmhols, M.V. Lomonosov, Y. Libix və digər alimlərin 

adları ilə bağlı olan bəzi fıziki-kimyəvi qanunlar-enerji, maddə 

və hərəkətin çevrilməsi və saxlanılması qanunları canlı 

orqanizmdə, ətraf mühit ilə canlı orqanizm arasında maddələr və 

enerji mübadiləsi proseslorinin bioloji mahiyyətini dərk etməyə 

kömək etmişdir. X1X əsrin ikinci yarısında M. Rubner və başqa 

tədqiqatçılar qida maddələrinin kalori (enerji) dəyərliliyi 

haqqında təsəvvür yaratmış, bədəndə enerji mübadiləsinin 

kəmiyyət göstəricilərini ölçmək və hesablamaq üçün effektli 

metodlar təklif etmişlər. 







Yüklə 9,02 Mb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin