TəSDİq ediRƏm azmiu-nun Elm və Texnika İşləri üzrə prorektoru prof. A. R.Şərifov “ ” 2021-ci IL



Yüklə 228,73 Kb.
Pdf görüntüsü
səhifə3/11
tarix10.03.2023
ölçüsü228,73 Kb.
#87165
1   2   3   4   5   6   7   8   9   10   11
 
II Bölmə 
İnşaatda istifadə olunan təbii daş materialları 


 
Dağ süxurlarının təsnifatı. Süxurlar, minerallar haqqında ümumi məlumat. 
Püskürülmüş süxurlar və onların növləri və inşaatda istifadəsi. Çöküntü süxurları 
və onların təsnifatı. Divar və bəzək-üzlük materialı kimi istifadə olunan çöküntü 
süxurları. Mexaniki, kimyəvi və orqanogen çöküntü süxurları, onların əsas 
göstəriciləri. Metamorfik süxurlar və onların təsnifatı. Metamorfik süxurların 
xarakteristikası. Süxur əmələgətirən minerallar: kvars qrupu; alümosilikatlar 
qrupu; dəmir-maqnezial silikatları qrupu; karbonatlar və sulfatlar qrupu.
Təbii daş materiallarının çıxarılması və emalı. Təbii daş materiallarının əsas 
xassələri: sıxlığı, suyadamlılığı, şaxtayadavamlılığı, möhkəmliyi, istilikkeçirməsi, 
sürtülüb- yeyilməsi. Emal üsuluna görə təbii daşların təsnifatı. Ədədi daşlar, daş 
bloklar və but daşlarının hazırlanma və emal edilmə üsullarına görə təsnifatı. Mişar 
daşları, daş blokları, üzlük və döşəmə tavalarına verilmiş əsas tələblər. Azərbaycanın 
təbii daş materialları. Daş materiallarında və qurğularında aşınma prosesı. Daş 
materiallarının aşınmadan mühafizə olunması tədbirləri 
III Bölmə 
İnşaat keramikası
Keramik materiallar istehsalının inkişaf tarixi. Keramik materialların istehsalı 
üçün əsas və köməkçi materiallar. Gillər, onların növləri və tərkibləri. Gillərin 
kimyəvi 
tərkibi. 
Gillərin 
mineraloji 
tərkibi. 
Kaolinli, hidroslyudalı və 
montmorillanitli gillər. Gillərin dənəvər tərkibi. Gillərin xassələri. Əlavələrin 
keramika məmulatlarının xassələrinə təsiri. 
Keramik materialların təsnifatı. Keramik saxsının növünə görə növləri: terrokota, 
kaşı və çini. Sıxlığına görə keramik materialların növləri. İnşaat keramikasının 
təyinatına görə növləri: keramik divar materialları, kirəmit, üzlük keramik 
materiallar, keramzit, xüsusi təyinatlı keramik materiallar. İstehsalının ümumi 
texnoloji sxemi. Yanma prosesi və yanma rejimi. Quruma zamanı baş verən fiziki 
proseslər. Quruma rejimi və quruma prosesinin sürəti. Yanma zamanı gil 
minerallarında baş verən dəyişikliklər. Keramika materiallarının yandırılması zamanı 


baş verən faza dəyişikliklərinin məmulatın xassələrinə təsiri. Keramika 
materiallarının xassələri. 
Adi gil kərpicinin istehsal texnologiyası, xassələri və tətbiq sahələri. Boşluqlu 
kərpicin istehsalı, xassələri və istifadə sahələri. Odadavamlı kərpic. Keramik 
material və məmulatların istehsalında istifadə olunan minalar (şirələr) və anqoblar. 
Kirəmitin tipləri ölçüləri və xassələri. Keramik üzlük materialları. Xarici və daxili 
üzlük keramik məmulatlar. Mozaik xalça tipli tavacıqlar. Sanitar-texniki keramik 
məmulatlar. 

Yüklə 228,73 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin