Boya- lak tərkibinin əsas komponentləri: yapışdırıcı
maddələr, piqmentlər,
həlledicilər və durulaşdırıcılar, doldurucular.
Yapışdırıcı ( pərdə əmələ gətirici) maddələrin təsnifatı: polimer yapışdırıcı
maddələr, təbii, yarımtəbii və süni ( sintetik) əlif yağları, laklar, rəngsaz, sümük,
kazein, dekstrin, karboksilmetilsellüloz və metilsellüloz yapışqanları.
Lakların növləri: bitum,
bitum-yağ, spirtli laklar və polituralar, yağlı, yağlı
qatranlı, yağsız sintetik laklar.
Piqmentlər və doldurucular. Təbii ( mineral), süni
üzvi mineral və süni üzvi
piqmentlər. Piqmentlərin əsas xassələri- örtmə qabiliyyəti,
rəngləmə qabiliyyəti,
narınlıq, işığa davamlılıq,atmosfer təsirinə davamlılıq, kimyəvi davamlılıq,
odadayanıqlılıq, antikorroziya qabiliyyəti, və yağ tutumu.
Piqmentlərin növləri,
tərkibi, hazırlanması və
tətbiq sahələri.
Həlledicilər və təyinatına görə onların qrupları. Durulaşdırıcılar, onlara verilən
əsas tələblər.
Doldurucular, onların boya tərkibində rolu. Boya tərkibinin və yapışdırıcının
rənginin nəzərə alınması ilə doldurucuların seçilməsi.
Boya tərkibləri. Polimer,
polimer emulsiya, polimer- sement boyaları, onların
tərkibi, əsas xassələri və istifadə olunduğu sahələr. Yağlı boya tərkibləri. Emal boya
tərkibləri.Sulu boya tərkibləri. Emulsiya boyaları və onun hissələri. Mineral əsaslı
boya tərkibləri, yapışdırıcının növünə görə onların növləri və tətbiq sahələri.
Lak-boya örtüyünün uzun ömürlülüyün təmin olunması.
IX Bölmə
Ağac materialları və məmulatları
Azərbaycanın meşə sahələri və əsas ağac cinsləri. Oduncaq, onun
makroquruluşu və mikroquruluşu. Oduncağın fiziki xassələri - hiqroskopiklik,
nəmlik, normal ( standart) nəmlik, sərbəst və taraz nəmlik, şişmə, orta sıxlıq, həqiqi
sıxlıq, quruyub - yığışma, istilikkeçirmə, səskeçirmə və s.
Oduncağın mexaniki xassələri - sıxılmada, dartılmada, dartılmada
və statik
əyilmədəki möhkəmliklər. Mexaniki xassələrə təsir edən amillər.
Oduncağın qüsurları - düyünlər, çatlar, liflərin mailliyi və buruqluğu,
ikiözəklik, göbələk zədələmələri, həşəratlarla zədələnmə və s.
İnşaatda istifadə istifadə olunan iynəyarpaqlı və enliyarpaqlı ağaclar. Ağac
materiallarının növləri - girdə ağac materialları və mişarlanmış materiallar.
Ağac materiallarının qurudulması, çürüməkdən qorunması və
yanmadan mühafizə
olunması tədbirləri.
Yarımfabrikatlar və ağac məmulatları. Çıxıntılı və tıxaclı döşəmə taxtaları, adi
parket və lövhə parket. Profilli pəstahlar – haşiyə qaltel, plintus və sürahi. Şponlar,
yonulmuşvə soyulmuş şponlar. Fanerlər. Ümumi təyinatlı fanerlər. Bakelizə edilmiş (
yüksək möhkəmlikli konstruktiv ) şpon.
Dostları ilə paylaş: