«TƏSDİq ediRƏM» Elmi işlər üzrə prorektor


Din ictimai şüur forması kimi



Yüklə 31,6 Kb.
səhifə3/6
tarix26.08.2023
ölçüsü31,6 Kb.
#140648
1   2   3   4   5   6
bilet felsefe az — 2022 5

8.5 Din ictimai şüur forması kimi
Din ictimai şüurun qədim formasıdır. Onu birinci növbədə ilahiyyət öyrənir. Fəlsəfə dini ictimai şüur forması kimi nəzərdən keçirir. Onun mahiyyətini və dünyagörüşü sistemində yerini göstərir. Bu elm həm də dinin sosial və psixoloji səpkilərini üzə çıxarır, cəmiyyətin mənəvi həyatında tutduğu yeri təhlil edir.
Öz mahiyyətinə görə din (latınca müqəddəs deməkdir) hər şeydən əvvəl Absolyut başlanğıcın (Allahın) olduğunu israr edir və göstərir ki, o, təbiətin, insanın və cəmiyyətin yaradıcısıdır. Hər şeyin, o cümlədən də insanın taleyi allahdan asılıdır. Buna görə də insan öz həyatını ilahi qüvvənin iradəsinə uyğunlaşdırmalıdır. Dində bu dünya (təbii həyat) ilə axirət dünyası (transendent dünya) bir-birilə əlaqələndirilir. Göstərilir ki, hər bir insanın axirətdə əzabdan xilası, onun ruhunun bu transendentə münasibətindən asılıdır. Bütün dinlər bu və ya digər formada həyatın real qüvvəsini ideal ruh ilə əlaqələndirməyə çalışır. Bəşər tarixində demək olar ki, bütün xalqlar dinə malik olmuşdur. Bu fakt sübut edir ki, onların hamısını ümumi bir tələbat doğurmuşdur.
Hər bir dində iki əsas tərəf özünü göstərir. Bunlardan birincisi, ilahi qüvvənin, Allahın nəzəri baxımdan anlaşılmasıdır, ikincisi isə praktiki tərəf, yəni ilahi ilə insan həyatının əlaqələrinin müəyyən edilməsidir. Mütləq qüvvə (allah) müxtəlif dövrlərdə və ayrı - ayrı dillərdə, xalqlarda rəngarəng şəkildə izah olunmuşdur. Onun mənasını daşlara, bitkilərə, heyvanlara, atəşə, insana sitayiş etməkdə görmüşlər. Bunlarla yanaşı Absolyutu (Allahı) mücərrəd ideyalar kimi anlayanlar da olmuşdur (məsələn, deist, teist, panteist fikirlər).
Dini şüurun bütün formaları üçün səciyyəvi cəhət insanı müxtəlif yollarla allaha pərəstiş və itaət etməyə çağırmaqdır. Bu onu göstərir ki, din təkcə ağıl ilə deyil, həm də (özü də daha çox) insanların hissləri ilə bağlıdır. Dinin mənşəyi ən çox mübahisə doğuran məsələlərdəndir. Bu münasibətdə birinci növbədə dini əmələ gətirən psixoloji motivlərə və onun sosial köklərinə diqqət yetirilməlidir.
Dini şüurun əsasında iki anlayış durur: fövqəltəbii (ilahi) qüvvə və inam (etiqad). Birinci haqqında yuxarıda qısa da olsa qeyd etdik. Dini inama gəlincə isə göstərilməlidir ki, o, dini şüurun başlıca əlamətidir. Həm də söhbət elə-belə inamdan deyil, foyqəltəbii, ilahi qüvvələrin mövcudluğuna inam bəsləməkdən gedir. Özü-özlüyündə inam dedikdə ətraf aləmə idraki-sosial münasibət forması başa düşülür. İnamın bilikdən mühüm bir fərqi onun zəkadan daha çox hisslərə müraciət etməsidir. Dini inamın predmetini fövqəltəbii qüvvə təşkil etdiyi üçün o, illüziyalı xarakter daşıyır.
Dini şüur öz strukturuna görə xeyli dərəcədə mürəkkəbdir. Burada "nəzəri" dini şüuru (ilahiyyatı) və adi dini şüuru bir-birindən ayırmaq lazım gəlir. Birincinin məzmunu xüsusi işlənib hazırlanan (ilahiyyatçılar, din xadimləri) bitkin, sistemli təsəvvürləri ifadə edir. İkinc, adi dini şüur səviyyəsi, daha çox sıravi dindarların malik olduğu hissi-əyani və dağınıq xarakter daşıyan dini təssəwürlərini əhatə edir. Sonuncunun formalaşmasına obyektiv sosial münasibətlər, insanları əhatə edən konkret mikromühit və nəhayət dini ideologiya güclü təsir göstərir. Dini şüurun yuxarıda qeyd olunan struktur bölgüləri, onun psixologiya və ictimai ideologiya səviyyələri ilə əsasən üst-üstə düşür. Dini ideologiyanın mərkəzində ilahiyyat durur. Bundan əlavə, onun məzmununa dini xarakterli fəlsəfi və sosial-siyasi doktrinalar da daxildir. Dini ideologiya rəsmi din xadimləri, professional ilahiyyatçılar tərəfindən işlənilib hazırlanır. Dini psixologiya cəmiyyətdəki dindarların real dini fəaliyyəti ilə bağlıdır. O, daha çox emosional və iradi tərəflərə arxalanır. Dinin ictimai psixologiya səviyyəsində fəaliyyəti dini hisslərdən ayrılmazdır. Onlar öz məzmununa görə xeyli dərəcədə müxtəliifdir. Burada ilahiyə sevgi, ondan qorxu, ilahinin qəzəbinə gəlmək və sair əsas yeri tutur.



    1. Yüklə 31,6 Kb.

      Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin