Məlumatlandırma rolu. Menecerlər taktikalarında və siyasətlərində baş verən dəyişikliklərlə və ya digər təşkilati məsələlərlə bağlı informasiyaları iş yoldaşları, tabeliklərində olanlar, həmkarları və təşkilatdakı digər üzvlərlə paylaşmalıdırlar. Bunu telefonla zəng edərək, xəbərdaredici elektron məktub göndərərək, fərdi və qrup görüşləri keçirərək etmək olar.
Natiqlik rolu.Menecerlər öz bölmələrinin natiqləri olmalı, kənardakı insanlara müvafiq məlumatları ötürərəkö və yaxud bölmələri üçün tələblər irəli sürərək onları təmsil etməyi bacarmalıdırlar.