Kommunikasiya və şərh:
Təsviri incəsənətin element və prinsiplərinin biliyinə əsaslanaraq incəsənət əsərinin təhlili və
qiymətləndirilməsi; əsərdən alınan emosiya və təəssüratlar barədə söhbət aparmaq, meyarların
müəyyən edilməsi, uyğun terminologiyadan istifadə etmək; əsərin auditoriya qarşısında təqdimatı,
seçilən meyarlara əsasən əsərin qiymətləndirilməsi.
Kontekstdə incəsənətin dərk edilməsi:
Müxtəlif dövr və üslublu əsərlərin müqayisəsi və təhlili (üslub, mövzu, janr və s.); rəssamın fərdi
tərzi; Gürcüstanın müxtəlif bölgələrinin incəsənəti və yaradıcılığı; özünün və cəmiyyətin həyatında
incəsənətin rolunun təhlili.
T. T. İ.XI-XII - 6
Təsviri və tətbiqi incəsənət, əmək təlimi
2009
İncəsənət tarixi
(nəzəri kurs)
İlin sonunda əldə edilən nəticələr
Komunikasiya və şərh
İncəsənətin kontekstdə dərk edilməsi
İ.N.XI,XII.1 İncəsənət əsərini təsvir
və təhlil edir
İ.N.XI,XII.2 Müəyyən bir dövrün incəsənətini seçir
və təhlil edir
İ. N.XI,XII.3 Gürcü incəsənətinin müəyyən bir
mərhələsini/sahəsini/yaradıcısını seçir və təhlil
edir
İ. N.XI,XII.4 Müasir incəsənəti araşdırır
İ.N.XI,XII.5 Özünün və cəmiyyətin həyatında
incəsənətin rolunu təhlil edir.
İlin sonunda əldə edilən nəticələr və onların indikatorları
İstiqamət: Kommunikasiya və şərh
İ.N.XI,XII.1 Şagird incəsənət əsərini təsvir və təhlil edir
Nəticə əldə edilmişdir, əgər şagird:
əsəri təsvir edir və məzmununu tarixi, siyasi və dini kontekstlə əlaqələndirir (məs. Delakruanın
•
“Barrikadalarda azadlıq”)
incəsənət elementləri və prinsiplərinin əsərdə ideya, məzmun, xarakter, əhval-ruhiyyəni
•
ötürmək üçün (kompozitiv bölgü, rəng, kolorit, faktura, yerinə yetirilmə tərzi: boya, xətt,
forma, detal: poza, ifadə, aksesuarlar və s.) necə istifadə edildiyini təhlil edir
əsəri qiymətləndirir (əsərə olan subyektiv münasibətini bildirir ) və sinif yoldaşlarına izah
•
edir ki, hansı meyarlarla rəhbərlik edir (emosiya, əsərin estetik və maddi dəyərləri)
müxtəlif amillərin incəsənət əsərlərinə göstərdiyi təsiri araşdırır və təhlil edir (məs. vaxt,
•
saxlanma şərtləri, iqlim, tarixi hadisələr) və konkret əsərlərin dəyərlərini müzakirə edir
(müəllif, dövr, material, xarab olub və ya yox.)
incəsənət əsərini təsvir etdikdə və təhlil etdikdə həm şifahi müzakirə zamanı, eləcə də
•
yazılı əsərdə uyğun terminologiyadan isitifadə edir,
T. T. İ.XI-XII - 7
|