Təsviri və tətbiqi incəsənət, əmək təlimi 2009 İlin sonunda əldə edilən nəticələr və onların indikatorları İstiqa mət: Praktiki vərdiş-bacarıqlar və incəsənətdə ideyaların ifadə edilməsi İ.P.XI.XII.1 Şagird əsərin yaradılması zamanı təsviri incəsənətin elementləri və prinsipləri, müxtəlif material, texnikanı və proseduru yaradıcılıqla istifadə etməklə eksperiment aparır Nəticə əldə edilmişdir, əgər şagird:
seçdiyi mövzuda assosiasiyaları, emosiyaları vermək üçün müxtəlif effektlərdən istifadə
•
edərək çoxfiqurlu, dekorativ, ritmik kompozisiyalar yaradır
işıq-kölgə, işıq zolağı və düşən kölgədən istifadə edərək əşyaların həcmini təsvir edir
•
incəsənətin hər hansı bir məşhur əsərinin surətini çıxardır və əldə etdiyi təcrübəni əsərin
•
yaradılmasında istifadə edir
kolorit vasitəsilə əhval-ruhiyyəni ötürür
•
rənglərin səslənməsini gücləndirmək, emosiyaları ötürmək üçün kontrast rənglərdən istifadə
•
edir
konkret məsələni yerinə yetirmək üçün rənglərlə eksperiment aparır (müxtəlif materialları
•
– akvareli, quaşı, pasteli qarışdırır), rəng qammasını seçir
rəssamlıq əsərini yaradan zaman ənənəvi və qeyri-ənənəvi alətlər və texnikadan, materialdan
•
istifadə edir
kompozitiv bölgünün müxtəlif üsulları və perspektivinin qanunlarını əsərdə konkret
•
məsələnin həllində istifadə edir
mimika, jestikulyasiya, müxtəlif detalların vasitəsilə, kontrast, faktura, işıq-kölgə, müxtəlif
•
boyaların istifadəsi ilə bədii surətlər yaradır
üslublu əsərlər yaradır
•
onun üçün maraqlı olan ölkənin ikonoqrafik simvolları haqqında informasiya toplayır və
•
əsərdə ideyanı ifadə etmək üçün (gil, kilim, kuzə, qobelen, naxış, toxuma, ağac yonmaq)
istifadə edir və materialların xassələrini nəzərə almaqla dekorativ-tətbiq əşyaları yaradır
müasir incəsənət formaları haqqında (texnologiya, nəzəriyyələr, təsviredici üsullar, material)
•
informasiya toplayır, eksperiment aparır, öz konsepsiyasını hazırlayır və özünü ifadə etmək
üçün seçilən sahədə (rəssamlıq,dizayn, fotoqrafiya və s.) əsər yaratmaq üçün istifadə edir
müxtəlif boyalar, təklif edilən və tapılan materiallarla (tuş, mürəkkəb, müxtəlif növ fırçalar,
•
bitki gövdəsi və s) qrafik əsərləri yerinə yetirir
müxtəlif ideyanı ifadə etmək üçün müasir texnologiyalardan (instalasiya, videoart,
•
fotoqrafiya) və materiallardan (dəmir, kağız plastikası, parça, plastikat və s.) istifadə etməklə
eksperiment aparır
qəzet, jurnal maketini hazırlayır, onun üçün müasir yanaşmalar və çap texnologiyasının
•
texnikasından istifadə edir
T. T. İ.XI-XII - 2