TəSVİRİ VƏ TƏTBİQİ


Təsviri və tətbiqi incəsənət, əmək təlimi



Yüklə 377,29 Kb.
Pdf görüntüsü
səhifə42/69
tarix29.10.2022
ölçüsü377,29 Kb.
#66707
1   ...   38   39   40   41   42   43   44   45   ...   69
saxviti da gamoyenebiti xelovneba azer

Təsviri və tətbiqi incəsənət, əmək təlimi
2009
VIII sinfin dərs proqramının məzmunu
Təsviri incəsənətin əsas element və prinsipləri: 
Müxtəlif növ xətt, boya; rəng, forma; işıq-kölgə, faktura, həcm; bütövlük, ölçülər; məkan; 
simmetriya, ritm, tarazlıq, kontrast, dinamika (əhval-ruhiyyənin, assosiasiyaların, emosiyaların 
müxtəlif effektlər vasitəsilə ötürülməsi).
Material və vəsait:
Tuş, mürəkkəb, qələm, pastel, quaş, akvarel, tempera, kömür, karton, gil, ağac, parça, dəmir,
məftil, təbii və süni materiallar; müxtəlif materiallar və alətlərlə eksperiment
Texnika və prsoedur:
Rəssamlığın, qrafikin başqa-başqa texnikaları, basmalar, yonmaq, kağız plastikası, kollaj,
konstruksiya; kompüter texnologiyaları 
İdeyaların ifadə edilməsi: 
Fənlər və onların funksiyaları arasındakı əlaqələrin, assosiasiyaların ötürülməsi, detalların tanınması 
və təsvir edilməsi: ideya mənbələri: müxtəlif mədəniyyətlərin, dövrün incəsənət əsərləri, məşhur 
rəssamların əsərləri, təbiət hadisələri, həyatda gördüyü səhnələr, təsvirlər, tarixi faktlar, bədii 
ədəbiyyat, film, təqdimat (teatral, balet, opera səhnəsi, konsert və s.), informasiya vasitələri
Ehtimal olunan mövzular:
“Şəhərdə/kənddə səhər/axşam”, “Meşədə, şəhərdə, kənddə yağışlı gün”, “Birinci qar”, “Dini 
bayramlar”, “Məhəbbət”, “Sevimli mifoloji personajlar”, “Qəhrəmanlıq” və s.
Əmək fəaliyyəti:: 
Dekorativ və tətbiqi əşyalar, kitablar (cildləmək, maketlərini hazırlamaq); teatral rekvizitləri 
(kostyum və dekorativ detallar); interyer eskizləri, avadanlığı təmir etmək; məktəb həyətinin 
dekorativ şəkildə bəzənməsi, bitkilərin əkilməsi-qulluğu.
İş strategiyası:
Müstəqil, cütlükdə, qrupda işləmək.
Kommunikasiya : 
İşin geniş auditoriya qarşısında təqdimatı (düşüncə, emosiya, məqsəd və məsələlərin müzakirəsi);
təəssüratlarla, müşahidələrlə, təcrübələrlə paylaşmaq, qiymətləndirmək və onları əsaslandırmaq; 
lazımi terminologiyadan istifadə etmək; əsərin yaradılması əsasları, qrup tərəfindən adı çəkilən 
məqsədlər barədə söhbət aparmaq; əsərləri bədii üsullara əsasən qiymətləndirmək; müxtəlif 
mədəniyyətlərin xarakterik əlamətləri, əsərdən əldə edilən informasiyalar barədə söhbət aparmaq; 
sərgi, səhnə, aksiya, incəsənət xadimləri ilə görüşlər, ekskursiyalar. 

Yüklə 377,29 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin