Tətbiqi riyaziyyat və kibernetika fakültəsi



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə2/6
tarix24.07.2023
ölçüsü0,59 Mb.
#137343
1   2   3   4   5   6
Alqoritmlər və verilənləin strukturları fənninin proqramı

Z.R.Camalov 



Giriş 
Kompüter elmləri və texnologiyaları istiqamətinin bütün 
sahələrində müxtəlif məsələlərin(axtarış,nizamlama,qraflar üzərində 
əməliyyatlar,verilənlərin strukturları üzərində əməliyyatlar və s.) 
həlli üçün müasir texnologiyalardan istifadə etməklə alqoritmlərin 
qurulması və analiz edilməsi çox vacib məsələlərdən biridir. 
Praktikada çox zaman alqoritmin yerinə yetirilməsi prosesində 
elementlərinin sayı dəyişən çoxluqlar üzərində əməliyyatlar 
aparmaq lazım gəlir.Belə dinamik çoxluqları saxlamaq üçün 
verilənlərin strukturlarından(steklər,siyahılar,növbələr və s.)
istifadə edilir.Dinamik çoxluqlara elementlərin əlavə 
edilməsi,çıxarılması və tapılması alqoritmləri və eləcə də qraflar 
üzərində aparılan əməliyyatların alqoritmləri,nizamlama 
alqoritmləri praktikada çox geniş tətbiq olunurlar.Ona görə də bu 
alqoritmlərin öyrənilməsi kompüter elmləri və texnologiyaları
istiqamətində ən aktual məsələlərdən biridir. 
“Verilənlərin strukturu.Alqoritmlər” fənnin əsas məqsəd və vəzifəsi 
verilənlərin strukturları və onlar üzərində aparılan əməliyyatların 
alqotitmiləri ilə tanışlıq etmək,alqoritmlərin mürəkkəbliyi və onun 
qiymətləndirilməsi üsullarını tələbələrə öyrətmək,siyahının 
elementlərinin nizamlanması alqoritmlərini,rekurrent 
münasibətlərin həll alqoritmlərini,qraf şəklində təsvir olunan 
verilənlərin strukturları üzərindəki alqoritmləri tələbələrə 
aşılamaqdır. “Verilənlərin strukturu.Alqoritmlər” fənni
“Riyazi 
analiz”, “Analitik həndəsə”, “Xətti cəbr”, “Proqramlaşdırmanın əsasları”, 
“Diskret riyaziyyat”, "Qraflar nəzəriyyəsi" və “Riyazi məntiq” fənləri ilə 
əlaqəyə malikdir.
Fənlərin mənimsənilməsi nəticəsində magistrantlar 
bilməlidir: 

alqoritm və onun mürəkkəliyinin qiymətləndirilməsi anlayışlarını; 

alqoritmin artma sürətlərinin əsas siniflərini və onların xassələrini

verilənlərin strukturlarının növləri və bu strukturlarda verilənlərin 
təsvirini; 




verilənlərin strukturları üzərində aparılan əməliyyatları ; 

nizamlama və axtarış alqoritmləri və onların mürəkkəbliklərinin 
qiymətləndirilməsini; 

verilənlərin qraf strukturu şəklində təsvirini və qraflar üzərində 
əməliyyatları; 

rekursiv alqoritmlərin recurrent münasibət şəklində verilməsini və 
recurrent münasibətlərin həll üsullarını; 

dinamik proqramlaşdırmaya əsaslanan alqoritmlərin qurulmasını . 

Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin