Diaqnoz. Hamil
əliyin sonu və doğuşun birinci dövründə olan bütün qanaxmalar cift gəlişinə şübhə yaradır. Ağrısız və qəflətən başlayan
qanaxma ad
ətən bu patologiyadan xəbər verir. Normal çanaqlarda döl başının yüksəkdə durması da cift gəlişlərinin əlamətidir. Diaqnoz
anamnez
ə, klinik əlamətlərə, yardımçı müayinələrin nəticələrinə əsasən qoyulur. Mamalıq təcrübəsində USM-nin geniş tətbiqi cift
g
əlişlərinin diaqnostikasını daha da asanlaşdırır (98-99%). Bundan başqa doppleroqrafiya (xüs, rəngli doppleroqrafiya), vezoqrafiya
(sidik kis
əsinə rəngli maddə yeridilir və rentgenoqrafiya aparılır) və s, müayinə metodlarından istifadə olunur. Uşaqlıq yolu müayinəsi ilə
diaqnoz t
əsdiqlənir (həkim tərəfindən stasionarda aparılır). Müayinə çox ehtiyyatla və aseptika qaydalarına ciddi riayət etməklə
aparılmalıdir: uşaqlıq boynu dəliyinin kənarlarına toxunmaq olmaz. Bu zaman ciftin ayrılması və qanaxma daha da güclənir.
Uşaqlıq yolu müayinəsində (uşaqlıq boynu dəliyi 4-6 sm açıq olduqda) döl qişaları və ciftin dar hissəsi əllənirsə, bu kənar, bütün sahə cift
toxumsı az yerdə döl qişaları əllənərsə yan, ancaq cift toxuması əllənərsə mərkəzi cift gəlişidir.
Proqnoz . Hamil
əliyn müddətinə, cift gəlişinin növünə və kilnik əlamətlərə görə proqnoz müəyyənləşdirilir. Qanaxma nə qədər erkən
başlasa və tez-tez təkrarlansa mərkəzi cift gəlişi ehtimalı bir o qədər böyükdür. 35-40% hallarda hamiləliyin erkən pozulması baş verir. Cift
g
əlişlərində çox vaxt cərrahi müdaxiləyə əl atılır.
Ciftin boyunda v
ə ya boyunönündə yerləşməsi daha təhlükəlidir: adətən hamiləlik erkən vaxtlarda pozulur və güclü qanaxma ilə müşayət
olunur. Bel
ə hallarda bütün diqqət ananın həyatını xilas etməyə yönəlməlidir. Cift gəlişləri infeksion xəstəliklərin inkişafına səbəb olur.
Cift ayrılan yerdə qırılmış qan damarları uşaqlıq yolundan qalxan mikrobların inkişafı üçün yaxşı qidalı mühitdir. Qanitirmə nəticəsində
orqanizmin müdafi
ə qabiliyyəti də zəiflədiyi üçün infeksiyanın inkişafı üçün əlverişli şərait yaranır.
Dölün qanitirm
əsi zamanı döl həyatı üçün təhlükə yaranır. Ciftin kənarında yerləşən və döl qişalarından keçən göbək damarlarının
qırılması, movcud əlavə cift paycığının damarlarının qırılması döl həyatı üçün daha böyük təhlükədir.