TəXİRƏsalinmaz tiBBİ yardimin əsaslari, ÜRƏk- ağCİYƏr reanimasiyasi. YeniDOĞulmuşlarin iLKİn reanimasiyasi



Yüklə 7,68 Mb.
Pdf görüntüsü
səhifə98/141
tarix24.10.2023
ölçüsü7,68 Mb.
#161148
1   ...   94   95   96   97   98   99   100   101   ...   141
DƏRSLİK

Müalic
ə. 
Müalic
ə əsasən cərrahi üsullarla aparılır. Amma əgər ektopik hamiləlik erkən aşkar olunub və daxili qanaxma yoxdursa, onda 
metotreksat v
ə ya quinacrine ilə kimyaterapiya aparılır. Müalicə hormonal (XQT-nin) nəzarət altında aparılır. Əgər XQT-nin səviyyəsi 
getdikc
ə azalırsa müalicə davam etdilirlir. Bəzən müalicə ikinci dəfə təkrarlanır. Bu preparatlar hüceyrələrin proliferasiyasının qarşısını 
alır (o cümlədən trofoblastların). Yumurta hüceyrəsi məhv olur, ya orqanizm tərəfindən adsorbsiya olunur, ya da vaginal yolla xaricə 
atılır. Bəzən müalicə başlandıqdan bir–iki həftə sonra yumurta hüceyrəsinin implantasiya olunduğu yerdən daxili qanaxma kimi 
ağırlaşma müşahidə edilir.
Əksər hallarda problem cərrahi yolla həll olunur. Əgər qanitirmə varsa ilk növbədə anemiya və hemorragik şok əleyhinə müalicə aparılır. 
X
əstəyə qan və qanəvəzedicilər vurulur. Cərrahi müdaxilə ya açıq qarın əməliyyatları, ya da laporaskopik əməliyyatlarla həyata keçirilir. 
Mayalanma m
əhsulu xaric edilir. Çox vaxt hamilə boru döl yumurtası ilə birlikdə xaric edilir. Ektopik hamiləlikdə salpinqiovariektomiya, 
salpinqoektomiya, salpinqostomiya (döl yumurtası borunun ortasında yerləşirsə boru boyu şaquli kəsik aparılır blastosit xaric edilir), 
laporatomiya v
ə s. cərrahi əməliyyatlar aparılır.
Əməliyyatdan sonra müalicəvi və diaqnostik tədbirlər davam etdirilir. 4-5 gündən qeyri-spesifik müalicə: hemostimulyasiya, 
desensibilizasiya v
ə fizioterapiya.
Hamil
əliyin ikinci yarısının mamalıq qanaxmaları 
Fizioloji hamil
əlik və doğuşun I və II dövrlərində cinsiyyət yollarından qanaxma müşahidə edilmir. Bu dövrlərdə baş verən qanaxmaların 
əsas səbəbi–implantasiya, sonradan ciftin birləşmə patologiyalarıdır. 
Cift g
əlişləri 
Normal halda cift uşaqlıq cisminin yuxarı hissəsində, dibində, ön və arxa divarında yerləşir. Ciftin uşaqlığın aşağı seqmentində 
yerl
əşməsi ağır patologiyadır və cift gəlişi (placenta praevia) adlanır. Bu zaman aşağı seqmentdə yerləşən cift uşaqlıq boynunu tam və 
ya hiss
əvi örtür. Cift dölün gəliş hissəsindən aşağıda yerləşir.
Patomorfoloji olaraq cift g
əlişlərinin aşağıdakı növləri var.

Yüklə 7,68 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin