Klinika. Yerl
əşdiyi yerdən asılı olaraq ektopik hamiləliyin hər formasının öz əlamətləri var. Bununla yanaşı onların ümumi
əlamətləri də var. Bu ilk növbədə hamiləliyin şübhəli və şübhəsiz əlamətləridir: menstruasiyanın ləngiməsi, qusma, qida ərköyünlüyü
(k
əskin və duzlu qidalara meyillilik, dad hissinin itməsi, bəzi qidalara qarşı ikrah hissi və s.), süd vəzisinin kobudlaşması və s. Ginekoloji
müayin
ədə uşaqlıq yolu və uşaqlıq boynunun selikli qişası sianozludur, uşaqlıq cismi nisbətən böyüyüb və yumşalıb. 50% hallarda ilk 7-
10-cu günl
ərdə hamilləlik testləri müsbətdir.
20 h
əftəlikdən böyük ektopik hamiləliklər, artıq boru hamiləliyi deyil, II-li abdominal hami-ləlikdir. Belə hamiləlikdə qadın uşağın
t
ərpənməsini hiss edir. Mama dölün ürək döyüntülərini, hə-rəkətini, bəzən kiçik hissələrini müəyyənləşdirir.
Bel
əliklə, bir çox əlamətlər həm uşaqlıq, həm də uşaqliqdankənar hamiləlik üçün eynidir. Lakin dəqiq müayinə ilə ektopik
hamil
əliyə aid olan əlamətləri aşkar etmək olur. 15-20% hallarda ektopik hamiləlik zamanı aybaşı dayanmır. Obyektiv müayinədə uşaqlıq
cismi v
ə boynunun lazımı dərəcədə yumşalmaması, uşaqlığın ölçülərinin aybaşının kəsildiyi müddətə uyğun gəlməməsi (kiçik olur) aşkar
olunur.
Abdominal hamil əlik (0,1-0,4%) I-li v
ə II-li olur. I-li abdominal hamiləlikdə mayalanmış yumurta hüceyrəsi bilavasitə qarın
boşluğu orqanlarına implantasiya olunur. Bu halda nə boru, nə enli bağ, nə də yumurtalıq dəyəşikliyə uğramır.
II-li abdominal hamil
əlik boru abortundan sonra əmələ gəlir. Bu halda döl yumurtası çox vaxt boruya yaxın yerdə enli bağda
implantasiya edir. Döl yatağı rolunu amnion qişa, piylik və bağırsaqlar oynayır.
Əgər döl hamiləliyin II yarısına qədər inkişaf edərsə hamiləliyin şübhəsiz əlamətləri: dölün hərəkəti, ürək döyüntüləri, bəzən kiçik
hiss
ələri aşkar olunur. Dölün hərəkəti adətən çox ağrılıdır. Qarın böyüyür, ölçüsü güman olunan hamiləliyin ölçüsünə uyğun gəlir.
Palpasiya zamanı şişəbənzər törəmə əllənir. Belə hamiləliyin proqnozu pisdir. İstənilən vaxt döl yatağı yırtılıb, güclü qanaxma baş verə
bil
ər. Bu zaman bir qayda olaraq döl tələf olur. Ana həyatı üçün ölümcül təhlükə yaranır.