TəXİRƏsalinmaz tiBBİ yardimin əsaslari, ÜRƏk- ağCİYƏr reanimasiyasi. YeniDOĞulmuşlarin iLKİn reanimasiyasi



Yüklə 7,68 Mb.
Pdf görüntüsü
səhifə91/141
tarix24.10.2023
ölçüsü7,68 Mb.
#161148
1   ...   87   88   89   90   91   92   93   94   ...   141
DƏRSLİK

V
ərdiş olunmuş düşük. 
Üç v
ə daha artıq uşaqsalma vərdiş olunmuş düşük adlanır. Səbəbi servikal çatışmazlıq, uşaqlığın forma 
v
ə vəziyyət anomaliyaları, miomalar, hipotriodizm, diabet, nefrit və s. ola bilər. Ən çox servikal çatışmazlıq rast gəlir. Bu patologiya çox 
vaxt ginekoloji müdaxil
ələrdən sonra yaranır. Bəzi qadınlarda uşaqlıq boynunun tonusu zəif olur. Hamiləliyin II trimestrində artan uşaqlıq 
daxili t
əzyiq nəticəsində uşaqlıq boynu açılır. Beləliklə ağrısız, qanaxmasız tam düşük baş verir. Bunun qarşısını almaq üçün hamiləliyin 
12-ci h
əftəsindən sonra daxili dəliyə tikiş qoyulur (VIII Fəsil) (torba ağzı büzən kimi). Bu tikiş doğuşdan əvvəl sökülməlidir. Əks halda 
uşaqlıq boynu ciddi zədələnə bilər.
Son zamanlar servikal çatışmazlığı zamanı pessariumlardan istifadə olunur. Xüsusi pessarium uşaqlıq boynuna keçirilir (şəkil;16-
2). Pessariumlar müxt
əlif formada olur. 
Missed düşük. 
Döl uşaqlıq boşluğunda tələf olur, amma xaricə qovulmur. Əvvəl düşük əlamətləri olur, sonra itir. Uşaqlığın 
böyüm
əsi dayanır, süd vəziləri yumşalır, hamiləliyin bütün əlamətləri itə bilir. Qəhvə rəngli vaginal ifrazat müşahidə olunur, qanaxma 
yoxdur (şəkil:16-3).
Müayin
ə zamanı dölün ürək döyüntüləri eşidilmir. USM–si ilə dölün tələf olduğu aşkarlanır. Bəzən ölmüş döl uzun müddət uşaqlıq 
boşluğunda qalır. Belə hamilə-likdə laxtalanma sistemində pozğunluqlar əmələ gəlir. Ona görə də qanın analizi zamanı trombositlərin 
miqdarı-nın və fibrinogenin təyini vacibdir.
Şəkil:16-3
.
Missed düşük
Missed düşüklərdə aşağıdakı müalicələr aparılır: vena daxilinə oksitosin vurulur; spontan dü-şük gözlənilir; yerli oksitosin reaksiyasından 
sonra uşaqlığın dilatasiyasına nail olunur. Dilatasiya üçün son zamanlar prostoqlandinlərdən geniş istifadə olunur. Böyük hamiləliklərdə 
süni doğuş çağırılır.

Yüklə 7,68 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin