TəXİRƏsalinmaz tiBBİ yardimin əsaslari, ÜRƏk- ağCİYƏr reanimasiyasi. YeniDOĞulmuşlarin iLKİn reanimasiyasi



Yüklə 7,68 Mb.
Pdf görüntüsü
səhifə92/141
tarix24.10.2023
ölçüsü7,68 Mb.
#161148
1   ...   88   89   90   91   92   93   94   95   ...   141
DƏRSLİK

Trofoblastik x
əstəliklər 
Trofoblastik x
əstəliklərə bir-biri ilə əlaqəsi olan 3 xəstəlik aiddir.
1. Beç
əxor-Mol hidatiform : tam və hissəvi və ya natamam beçəxor.
2. İnvaziv və ya destruktiv və ya dağıdıcı beçəxor.
3. Xoriokarsinoma v
ə ya xorionepitelioma.
Beç
əxorun yaranmasını izah edən bir çox nəzəriyyələr var. Bu nəzəriyyələrə görə beçəxorun yaranmasına səbəb mayalanma 
zamanı baş verən pozğunluqlardır. Bu nəzəriyyələrdən birinə görə 
tam beç
əxor 
zamanı xromosom yığımına malik olmayan ,,boş” 


yumurta hüceyr
əsi haploid xromosom yığımına malik olan bir spermotozoid ilə mayalanır. Sonradan mayalanma məhsu-lu bölünərək 
diploid yığıma malik olur. Yəni əmələ gəlmiş ziqotada 46 xromosom (ata xromosomları) olur. Amma bu embrionun əmələ gəlməsinə 
kifay
ət etmir. Bütün mayalanma məhsulu anormal xorion hüceyrələrindən ibarət olur. 
İkinci nəzəriyyəyə görə ,,boş” yumurta hüceyrəsi iki spermotozoid tərəfindən mayalanır (şə-kil:16-4). Tam beçəxor zamanı 75-
85% hallarda 46 (XX), qalan hallrda 46 (XY) xromosom yığımı rast gəlir. Bütün xromosomlar ataya (paternal) aiddir.
Natamam beç
əxor zamanı haploid xromosom yığımına malik olan bir yumurta hüceyrəsi iki spermotozoidlə mayalanır. Nəticədə 
triploid xromosom yığımına malik olan ziqota əmələ gəlir (şə-kil:16-4). Bu ziqotadan embrion yaranır və onun xromosom yığımı 69(XXX), 
69(XXY), 69(XYY) variantlarından biri kimi olur. Natamam beçəxor zamanı xorion xovlarının bir hissəsi beçəxor toxu-ması ilə əvəz 
olunur. Beç
əxor zamanı xorion xovları anormal bölünüb artmağa başlayır. Bu zaman xorion qiasının xovları içərisi maye ilə dolu 
vezikullara (qovuqcuqlara) çevrilir. Qovuqcuqlar qay-tanvari gövd
ənin ətrafında toplanır. Ölçüləri 1 mm–dən 2 sm-ə qədər olur və 
bütövlükd
ə üzüm sal-xımını xatırladır.
Beç
əxor zamanı xorion xovlarının epitelinin inkişafı (sinsitilər və sitotrofoblastlar), onların stromasının ödemi baş verir. Qovuqlar 
desidual qişaya doğru inkişaf edir. Desidual qişa nazikləşir. Qovuqların ətrafında çox vaxt qansızmalar olur. Bu desidual qişa 
damarlarının dağılması hesabınadır.
Beç
əxorun klinikası aşağıdakı əlamətlərlə xarakterikdir:
1.Uşaqlığın ölçüsü hamiləlik müddətinə uyğun gəlmir. O, daha böyükdür. 3 aylıq hamiləlikdə 4-5 aylıq hamiləliyə uyğun gəlir. Uşaqlığın 
konsistensiyası bərk və elastikidir.
2.Hamil
əliyin şübhəsiz əlamətləri olmur: tam beçəxor zamanı döl hissələri əllənmir, ürək döyüntüləri eşidilmir. Natamam beçəxorda bu 
əlamətlər var.
3.Beç
əxorun ən vacib əlaməti qanaxmadır. Qanaxma ilk aylardan başlayır. Beçəxor doğulana qədər qanaxma ya zəifləyir və ya daha da 
gücl
ənərək davam edir. Qan duru, al qırmızı və ya tünd qəhvə rəngindədir, bəzən qanla beçəxor qovuqcuqları da ifraz olunur. Adətən 
qanaxma güclü ol-mur, lakin beç
əxor doğularkən güclənir.
4.Uzunmüdd
ətli qanaxma anemiyaya səbəb olur.
5.Qarının aşağı hissəsində ağrı və ya ağırlıq hissi.
6.Ür
əkbulanma və qusma.

Yüklə 7,68 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin