TəXİRƏsalinmaz tiBBİ yardimin əsaslari, ÜRƏk- ağCİYƏr reanimasiyasi. YeniDOĞulmuşlarin iLKİn reanimasiyasi



Yüklə 7,68 Mb.
Pdf görüntüsü
səhifə93/141
tarix24.10.2023
ölçüsü7,68 Mb.
#161148
1   ...   89   90   91   92   93   94   95   96   ...   141
DƏRSLİK

İnvaziv beçəxor. 
İnvaziv beçəxor desidual qişanı keçib əzələ qişasına, oradan da qarın boşlu-ğuna keçir. Beçəxorun bu forması 
adi beç
əxorla xoriokarsinoma arasında keçid təşkil edir, maliqnizasiyaya meyillidir. Destruktiv beçəxor zamanı həyat üçün təhlükəli 
qanaxmalar müşahidə edilir. Beçəxorun bir hissəsi uşaqlıq divarından ayrılır və ayrılan yerdən qırılan damarlardan güclü qanaxma baş 
verir. Əgər güclü qanaxma yoxdursa, beçəxoru uşaqlıqdan qovmaq üçün müalicə aparılır. Beçəxorun uşaqlıq divarından ayrılmasını 
sür
ətləndirmək üçün uşaqlığı yığan preparatlar təyin edilir. Güclü qanaxma olduqda və uşaqlıq boynu kifayət qədər açıq olduqda 
beç
əxor əl ilə (bir və ya iki barmaqla) xaric edilir. Güclü qanaxma zamanı uşaqlıq boynu bağlı olduqda Heqar genəldiciləri ilə uşaqlıq 
boynu gen
əldilir, sonra becəxor xaric edilir. Son zamanlar beçəxor vakuum aspirasiya ilə xaric edilir. Beçəxor zamanı uşaqlığın küretajı 
t
əhlükəlidir. Çünki, uşaqlığın nazikləş-miş divarı deşilə bilər.
İnvaziv beçəxor cərrahi yolla uşaqlıqla birlikdə xaric edilir və kimyaterapiya təyin edilir.
Beçoxordan sonra qadın 1-1,5 il dispanser müşahidəsində saxlanılır. İlk 3 ayda hər 2 həftədən bir, sonralar ayda bir dəfə hormonal 
müayin
ə aparılır.
Xoriokarsinoma. 
X
əstəlik əksər hallarda beçəxordan, bəzən isə ektopik hamiləlikdən, düşükdən və hətta normal doğuşdan 
sonra da rast g
əlir. Xorion hüceyrələrindən inkişaf edir, damarların üzərində yerləşir. Ona görə də hematogen yolla yayılaraq başqa 
orqanlara 
– əsasən ağ ciyərlərə, beyinə, qara ciyərə və s. tez metastaz verir. Klinik olaraq atsiklik irinli-qanlı ifrazatla özünü biruzə verir. 
İfrazat uşaqlıq boşaldıqdan dərhal sonra və ya nisbətən gec başlayır. Uşaqlıq böyüyür, düyünlü olur. Sonra anemiya inkişaf edir, hərarət 
yüks
əlir, qanlı öskürək başlayır (ağ ciyərlərə metastaz) və metastazın yerləşdiyi orqana məxsus simptomlar meydana çıxır.
Xorionepiteliomanın proqnozu pisdir. Çünki çox sürətlə inkişaf edir və bütün orqanizmə yayılır. Müalicəsində kimyaterapiyadan 
istifad
ə edilir. 

Yüklə 7,68 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin