1.M ərkəzi cift gəlişi (placenta praevia centralis). Ciftin m
ərkəzi daxili dəliyin üzərində yer-ləşir. Daxili dəlik 3-4 sm açıldıqda belə ancaq
cift toxuması əllənir, döl qişaları əllənmir.
2.Yan cift g əlişi (placenta praevia lateralis). Ciftin aşağı sərhəddi daxili dəliyin kənarı olur, cift öz yan tərəfi ilə daxili dəliyin bir hissəsini
örtür. Servikal kanal 2-
4 sm açıq olduqda ciftin bir hissəsi və döl qişaları əllənir.
3.K ənar cift gəlişi (placenta praevia marqinalis). Daxili d
əliyə ciftin kənarı çatır və onun çox hissəsini örtür.
M
ərkəzi cift gəlişi-
tam , k
ənar və yan cift gəlişləri–
natamam cift g
əlişləri adlanır.
Başqa variantlar da rast gəlir.
–
ciftin aşağıda yerləşməsi. Cift aşağı seqmentdə yerləşir, kənarı daxili dəliyə yaxınlaşır. Tam açılış olduqda uşaqlıq yolu
müayin
əsində bəzən ciftin kənarını əlləmək olur.
–
ciftin boyunda yerl əşməsi. Cift servikal kanalda yerl
əşir.
–
boyunönü-boyun cift g əlişi. Cift h
əm boyunda, həm də boyunönündə yerləşir.
B
əzən cift gəlişlərinin bir növü başqasına keçir. Məs. uşaqlıq boynu dəliyi açıq olduqda döl qişaları ilə birlikdə cift kənarı da əllənir (kənar
cift g
əlişi). Uşaqlıq boynu açıldıqca ciftin daha çox hissəsi əllənir (yan cift gəlişi). Bunun əksi də mümkündür. Yəni yan cift gəlişi kənar cift
g
əlişinə keçə bilər. Uşaqlıq boynu açıldıqca daha çox hissədə döl qişaları əllənir.
Etiologiya v ə patogenezi. Hamil
əliyin ilk vaxtlarında cift uşaqlığa nisbətən daha sürətlə bö-yüyür. Hamiləliyin II trimestrində əksinə
uşaqlıq daha templə böyüməyə başlayır. Nəticədə hamilə-liyin əvvəlində aşağıda yerləşən cift, aşağı seqment formalaşdıqda yuxarıya
miqrasiya edir. Ona gö-r
ə cift gəlişi diaqnozunu hamiləliyin 22-23-cü həftəsindən sonra qoymaq düzgündür.Cift gəlişlərinin əmələ
g
əlməsinə təsir edən faktorlar: uşaqlıqda aparılmış cərrahi əməliyyat nəticəsində uşaqlıq divarının zədələnməsi; çoxsaylı doğuşlar və
düşüklər; anamnezdə iltihabi xəstə-liyin olması; hamiləliklər arası intervalın qısa olması; uşaqlığın şişləri və inkişaf anomaliyaları.
T
ədqiqatlar göstərir ki, cift gəlişləri çox doğanlarda, çoxdöllü hamiləlikdə, döl kişi cinsli olduqda daha çox rast gəlir. Bu və ya digər
s
əbəblərdən döl yumurtasının uşaqlığın selikli qişasına implanyasiyası pozulur, döl yumurtası aşağı sürüşür, aşağı seqmentdə daxili
d
əlik səviyyəsində dayanır və implantasiya olur.
Cift g
əlişləri ana və döl həyatı üçün təhlükəlidir. Mərkəzi cift gəlişi daha təhlükəlidir.
Cift g
əlişləri zamanı uşaqlığın aşağı seqmentində və boyunda qan damarları kəskin genəlir, uzanır, qanla dolur. Uşaqlıq boynu qan
damarları ilə zəngindir, (mağaralı toxumanı xatırladır) yumşaqdır. Ehtiyyatsız müdaxilə asanlıqla onun cırılmasına səbəb olur. Qırılmış
damarlardan qadın həyatı üçün təhlükəli, güclü qanaxma baş verir.
Cift g
əlişlərində qanaxma hamiləliyin son aylarında başlayıb, doğuş zamanı güclənə bilər. Bəzən qanaxma doğuş fəaliyyəti ilə birlikdə
başlayır. Uşaqlıq əzələlərinin retraksiyası zamanı aşağı seqment və daxili dəliyin kənarı cift səthindən ayrılır, nəticədə cift uşaqlıq
divarından ayrılır. Uşaq-lıq əzələlərinin retraksiyası və daxili dəliyin açılması nə qədər güclü olsa, ciftin ayrılması bir o qədər çox olur və
qanaxma t
əhlükəli xarakter alır. Ciftin qan damarları zədələndiyi üçün qanitirmə ana tərəfindən olur. Lakin döl asfiksiyadan əziyyət çəkir.
Çünki, ciftin ayrılmış hissələri qaz mübadiləsində iştirak etmir