TəXİRƏsalinmaz tiBBİ yardimin əsaslari, ÜRƏk- ağCİYƏr reanimasiyasi. YeniDOĞulmuşlarin iLKİn reanimasiyasi



Yüklə 7,68 Mb.
Pdf görüntüsü
səhifə103/141
tarix24.10.2023
ölçüsü7,68 Mb.
#161148
1   ...   99   100   101   102   103   104   105   106   ...   141
DƏRSLİK

Doğuşun idarə olunması
. Cift g
əlişlərinin növündən asılı olaraq doğuş təbii doğuş yollarından və ya Kesar kəsiyi əməliyyatı ilə aparılır. 
K
ənar, yan cift gəlişlərində və ciftin aşağıda yerləşməsi zamanı qaitirmə olmadıqda hamiləliyin başa çatdırılması və doğuşun spontan 
baş verməsi mümkündür. Bu zaman qanaxma olmamalı və ya dayanmalıdır; uşaqlıq boynu doğuşa hazır olmalıdır; requlyar sancıların 
gücü kifay
ət qədər olmalıdır; döl baş gəlişində olmalıdır. Cift gəlişlərində 70-80% hallarda doğuş Kesar kəsiyi ilə başa çatdırılır.
Hamil
əlik və doğuş zamanı qanitirmənin həcmindən asılı olmayaraq döldə hipoksiyanın başlanması və ya onun inkişafdan qalması 
Kesar 
əməliyyatına göstərişdir.
Güclü qanaxmalarda 
əməliyyat təcili aparılır. Cift gəlişi dölün qeyri düzgün vəziyyətləri ilə müşayət olunduqda Kesar kəsiyi əməliyyatı 
aparmaq vacibdir. Cift g
əlişi yaşlı ilk doğanlarda müşahidə olunduqda diri uşaq almaq üçün mütləq Kesar kəsiyi əməliyyatı aparılir.
Qanaxmanın intensivliyindən, cift gəlişinin növündən, qadının vəziyyətindən və şəraitdən asılı olaraq aşağıdakı tədbirlər aparılır.
K
ənar cift gəlişlərində, uşaqlıq boynu 2-4 sm açıq olduqda, dölün boylama vəziyyətində döl qovuğunu yırtmaq məsləhət görülür. Bəzən 
yan cift g
əlişlərində güclü qanaxma və doğuşu sürətləndirmək üçün əks göstəriş olmadıqda döl qovuğunu yırtmaq olar. Döl qovuğu 
yırtıldıqdan sonra baş aşağı enir, cifti uşaqlıq divarına sıxır, qanaxma dayanır və doğuş özbaşına başa çatır.
Boyun v
ə boyuönü hamiləliklərində qanaxmanın olub-omamasından asılı olmayaraq uşaqlıq boynu ilə birlikdə amputasiya edilməlidir.
Cift g
əlişlərində doğuş zamanı və doğuşdan sonra anemiya ilə mübarizə aparılır və ürək dərmanları verilir.
Cift g
əlişlərində son dövrü çox vaxt ağırlaşmalarla keçir. Ciftin ayrılması ləngiyir. Bu cift yerləşən aşağı seqmentin yığılma qabiliyyətinin 
pis olması ilə izah olunur. Bəzən hissəvi cift bitişməsi müşahidə edilir. Cift ayrılmasının pozulması həyat üçün təhlükəli olan əlavə 
qanaxmaya s
əbəb olur. Ona görə doğuşdan sonra zahının ümumi vəziyyəti, nəbzi, arterial təzyiqi və cinsiyyət yollarından ifraz olunan 
qanın miqdarı ciddi nəzarət olunmalıdır. Qanazlığı əlamətləri olduqda və ifraz olunan qanın miqdarı nopmadan artıq olduqda, cift təcili 
olaraq 
əllə xaric edilməlidir. Cift xaric edildikdən sonra güzgülər vasitəsi ilə uşaqlıq boynu müayinə olunmalı, cırıqlar varsa tikiş 
qoyulmalıdır.
Zahılıq dövründə infeksion xəstəliklərin inkişafı mümkündür. Cift sahəsinin aşağıda, uşaqlıq yoluna yaxın yerləşməsi və qanitirmə 
n
əticəsində orqanizmin müdafiə qabiliyyətinin azalması infeksiyanın düşməsinə və inkişafına şərait yaradır. Ona görə zahının ciddi 


59 
müayin
ə və qulluğa ehtiyacı var. Lazım gəldikdə ümumi möhkəmləndirici müalicə təyin edilir, təkrari qan köçürülür. İnfeksiya əleyhinə 
müalic
ə təyin edilir.

Yüklə 7,68 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin