TəXİRƏsalinmaz tiBBİ yardimin əsaslari, ÜRƏk- ağCİYƏr reanimasiyasi. YeniDOĞulmuşlarin iLKİn reanimasiyasi



Yüklə 7,68 Mb.
Pdf görüntüsü
səhifə106/141
tarix24.10.2023
ölçüsü7,68 Mb.
#161148
1   ...   102   103   104   105   106   107   108   109   ...   141
DƏRSLİK

Diaqnoz. 
Klinik 
əlamətlərə, xüsusi müayinə metodlarına və laborator müayinələrə əsaslanaraq diaqnoz qoyulur. Massiv qanaxmalarda 
x
əstənin vəziyyəti ağır olduqda USM–i aparmaq məqsədəuyğun deyil.
Laborator müayin
ələr: qanın ümumi analizi, tombositlərin miqdarının və qanın laxtalanma müddətinin təyini; qan qrupunun və Rh-ın 
t
əyini; Kumbs sınağı.
Xüsusi laborotor müayin
ələr:
– Kleyxauer-Betke sınağı—dölün qanaxmasını təyin etmək üçün;
– Ananın qanının laxtalanmaya görə yoxlanmsı: əgər laxtalanma müddəti 7-10 dəq-dən çox-dursa, koaqulopatiya inkişaf edir;
– Döl qanının yoxlanılması: uşaqlıq yolundan axan qandan götürüb, az miqdarda kran cuyu ilə qarışdırılır (hemoliz üçün), bir neçə 
d
əqiqə sentrafuqada fırlatdıqdan sonra, çöküntünün üzərindəki çəhrayı (tərkibində hemoqlobin olduğu üçün) mayedən götürüb üzərinə 1 
ml NaON 
əlavə edib, qarışdırılır. 1 dəqiqə sonra qiymətləndirilir: maye çəhrayıdırsa, döl qanıdır; maye sarı-qəhvəyidirsə ana qanıdır.
– Uşaqlıq yolundan axan qanda nüvəli eritrositlər tapılırsa bu döl qanıdır;
– Dölyanı mayedə lesitin-sfinqomelin nisbətinı təyin etməklə vaxtından əvvəl cift ayrılmasını müəyyən etmək olar.
Ağırlıq dərəcəsinin qiymətləndirilməsi:
I d
ərəcəli 
– yüngül forma vaxtından əvvəl cift ayrılması zamanı klinik əlamətlər kəskin olmur: qadın qarının aşağı hissəsində diskomfort 
hiss edir. Qanitirm
ə 500 ml-ə qədərdir, ciftin 25%-i ayrılıb. Qanın laxtalanma müddəti artıb, hiperfibrinonemiya müşahidə edilir. Döldə 
RDS 
əlamətləri yoxdur. Çox hallarda diaqnoz retrospektiv olaraq ciftin müayinəsi zamanı qoyulur. Doğulmuş ciftdə köhnə qan laxtaları 
olur.
II d
ərəcəli 
– otra ağır forma vaxtından əvvəl cift ayrılması bütün klinik əlamətlərlə keçir: qarında davamlı ağrı, güclü sancılar, 
hipovolemik, hemodinamik, erk
ən koaqulopatik pozğunluqlar. Döl diridir, amma RDS sindrom inkişaf edir. Daxili və xarici qanitirmə 500-
1000 ml-dir, ciftin 25-
50% i ayrılıb.

Yüklə 7,68 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin