TəXİRƏsalinmaz tiBBİ yardimin əsaslari, ÜRƏk- ağCİYƏr reanimasiyasi. YeniDOĞulmuşlarin iLKİn reanimasiyasi


Hiss əvi proqressivləməyən cift ayrılması



Yüklə 7,68 Mb.
Pdf görüntüsü
səhifə108/141
tarix24.10.2023
ölçüsü7,68 Mb.
#161148
1   ...   104   105   106   107   108   109   110   111   ...   141
DƏRSLİK

Hiss
əvi proqressivləməyən cift ayrılması 
zamanı hamiləliyi uzatmaq olar. Bunun üçün aşağıdakı şərtlərə əməl olunmalıdır: hamilə və 
dölün ümümi v
əziyyəti yaxşı olmalıdır; hamiləlik 36 həftədən az olmalıdır; qanitirmənin miqdarı az olmalıdır. Hamiləliyi uzatmaq üçün 
qadına stasionar şəraitində yataq və keyfiyyətli qida rejimi, tokolitiklər, spazmolitiklər, qandayandırıcılar (vikasol, askorbin turşusu, 
decinon), anemiya 
əleyhinə müalicə təyin olunur. Dölün və ananın vəziyyəti ciddi manitor nəzarəti altında olmalıdır.
Doğuşu konservativ yolla idarə etdikdə erkən amniotomiya aparılmalıdır. Hemodinamik göstəricilər bərpa olunana qədər uterotonik 
d
ərmanlar, β-adrenomimetiklər, heparin, fibrinolitik ingibitorlar həmçinin diuretiklər təyin etmək məsləhət deyil.
Doğuşdan sonra uşaqlığın vəziyyəti, qanın laxtalanma sistemi ciddi nəzarətdə saxlanmalıdır. Zahılıq septik xəstəliklərinin profilaktikası 
aparılmalıdır. Sonrakı hamiləliklərdə ciftin vaxtından əvvəl ayrılması riski böyükdür.
 


61 
 
Son dövrünün qanaxmaları 
Açılma və qovulma dövrünə nisbətən son dövründə ağırlaşmalar daha çox rast gəlir. Son dövrünün ən çox rast gələn ağırlaşması 
qanaxmalardır. Son dövrü həmişə qanaxma ilə müşayət olunur. Ciftin fizioloji ayrılması və qovulması zamanı zahı 250 ml-ə qədər qan 
itirir. Cift uşaqlıq divarından ayrılandan sonra uşaqlıq yığılır, nəticədə:
a) ayrılmış cift uşaqlıqdan qovulur;
b) qırılmış damarların mənfəzi sıxılır və qanaxma dayanır.
Uşaqlığın yığılma qabilliyyəti pozulduqda ciftin ayrılması da pozulur. Cift tam ayrılmadıqda, uşaqlıq yığılmır, cift ayrılan hissədə qırılmış 
damarların açıq qalmış mənzəfindən qan axır.
Cift ayrılıb uşaqlıq boşluğunda ləngiyirsə, yenə qanaxma davam edir. Bu zaman uşaqlıq əzələləri yaxşı yığılmır, uşaqlıq damarları 
kifay
ət qədər sıxılmır və qanaxma davam edir. Son dövründə uşaqlıq boynunun, uşaqlıq yolunun, aralığın travmaları da qanaxmaya 
s
əbəb olur.
İtirilən qanın miqdarına görə son dövrünün qanaxmaları aşağıdakı qruplara bölünür:
– fizioloji qanaxma – itirilən qanın miqdarı 250 ml-ə qədərdir;
– yol verilən qanaxma – itirilən qan bədən çəkisinin 0,5%-ə qədərini təşkil edir (400-500 ml). Kompensasiya olunur. Hematoloji və 
hemodinamik d
əyişikliklər norma daxilindədir;
– patoloji qanaxma – itirilən qanın həcmi bədən çəkisinin 0,5%-dən çoxdur.
Son dövrünün qanaxmalarının səbəbləri: ciftin ayrılma mexanizminin pozulması (həqiqi cift bitişməsi, ciftin möhkəm birləşməsi); ciftin 
qovulmasının pozulması (uşaqlığın yığılma qabiliyyətinin kifayət qədər olmaması və ya onun spazmı); uşaqlığın və doğum yollarının 
yumşaq toxumalarının cırılması (uşaqlıq boynu, uşaqlıq yolu, aralıq).
Ciftin ayrılma və qovulma mexanizmi aşağıdakı səbəblərdən pozulur.
1.Uşaqlığın yığılma qabiliyyətinin azalması–uşaqlığın hipotoniyası.
Uşaqlığın hipotoniyası aşağıdakı səbəblərdən yaranır:
– sidik kisəsi və düz bağırsağın dolu olaması;
– uşaqlığın inkişafdan qalması (infantilizm), adətən uşaqlıq əzələlərinin tonusunun azlması ilə müşayət edilir;
– çoxdöllülük, çoxmayelilik, nəhəng döl zamanı uşaqlığın həddən artıq gərilməsi;
– uşaqlıq divarındakı dəyişikliklər (fibromioma, iltihabi xəstəliklər) uşaqlığın yığılma qabiliyyətini azaldır;
– güclü doğum fəaliyyəti – doğanın yorulmasına və uşaqlıq tonusunun azalmasına səbəb olur.

Yüklə 7,68 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin