TəXİRƏsalinmaz tiBBİ yardimin əsaslari, ÜRƏk- ağCİYƏr reanimasiyasi. YeniDOĞulmuşlarin iLKİn reanimasiyasi



Yüklə 7,68 Mb.
Pdf görüntüsü
səhifə116/141
tarix24.10.2023
ölçüsü7,68 Mb.
#161148
1   ...   112   113   114   115   116   117   118   119   ...   141
DƏRSLİK

Şəkil:9-2. 
Preeklampsiya zamanı trofoblastların anormal invaziyası 
Ward, Lindheimer, Nilsson apardıqları araşdırmalarda hestasion hipertenziya və preeklamp-siyanın genetik olduğu nəticəsinə gəlmişlər.
Hamiləlik zamanı hipertenziv vəziyyətlərin yaranmasında aşağıdakı risk faktorlarının rolu var: ilk hamiləlik; anemnezdə preeklampsiya və 
eklampsiyanın olması; doğuşlar arasında 2 ildən az, 10 ildən çox intervalın olması; hamilənin yaşının 18-dən az, 30-dan çox olması; ailədə (ana, bacı) 
eklampsiyanın olması; diastolik təzyiqin 80 mm C st-dan çox olması; proteinuriyanın 1 q/l-dən çox olması; çoxdöllü hamiləlik; ekstragenital 
xəstəliklər (hipertoniya, böyrək xəstəlikləri, ürək-damar xəstəlikləri, şəkərli diabet və s.)
Hestasion hipertenziya 
zamanı hamiləliyin 20-ci həftəsindən sonra arterial təzyiq birdən ar-tır. Sistolik təzyiq 140 mm C st-nu, diastolik təzyiq 90 
mm C st-nu keçirsə bu hipertenziya kimi qiymətləndirilir. Sistolik təzyiq 30 mm C st, diastolik təzyiq 15 mm C st. artıqda hamilə qadın nəza-rətə 
götürülməlidir. Hestasion hipertenziya zamanı proteinuriya müşahidə olunmur. Əgər hamiləli-yin 12-ci həftəsindən sonra arterial təzyiqin səviyyəsi 
normallaşarsa bu tranzitor hipertenziya hesab olunur. Çox vaxt hestasion hipertenziya fonunda preeklampsiya inkişaf edir.
Preeklampsiya 
özündən əvvəl gələn, əvəllər hestozlar adlandırılan bütün vəziyyətləri özündə birləşdirir. Bu sindrom zamanı hipertenziv sindroma 
proteinuriya da qoşulur.
Preeklamsiyanin 3 dərəcəsi ayırd edilir:
I dərəcə-yüngül forma 
zamanı A/T – 150/90 mm C st, proteinuriya 1 q/l, qanda trombositlə-rin səviyyəsi 180 x 109/ l, kreatinin 100 mkmol/ l-ə 
qədər olur. Ödem ancaq aşağı ətraflarda müşahi-də edilir. Yüngül preeklampsiya simptomsuz da keçə bilər.
II dərəcə-orta ağır formada 
A/T-170/110 mm C st, sidikdə zülal 5 q/l, trobositlərin sayı 150-180 x 109/ l, kreatinin 100-300 mkmol/l olur. Ödem 
ətraflarda və qarında müşahidə edilir.

Yüklə 7,68 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin