TəXİRƏsalinmaz tiBBİ yardimin əsaslari, ÜRƏk- ağCİYƏr reanimasiyasi. YeniDOĞulmuşlarin iLKİn reanimasiyasi



Yüklə 7,68 Mb.
Pdf görüntüsü
səhifə119/141
tarix24.10.2023
ölçüsü7,68 Mb.
#161148
1   ...   115   116   117   118   119   120   121   122   ...   141
DƏRSLİK

eklamptik status 
adlanır. Bu eklamap-siyanın klassik formasıdır.
Eklampsiyanın atipik formaları da var. Atipik eklampsiya zamanı, klinik əlamətləri ya kəskin olmur, ya da eklamptik tutmalar simptomlar olmayan 
fonda baş verir. Ödemsiz keçən eklampsiyada baş verən eklamptik tutmalar 
,,quru eklampsiya" 
adlanır. Nadir hallarda tutmasız eklampsiya rast 
gəlir. Bu da MSS–nin güclü iflicinə səbəb olur.
Diaqnoz. 
Hamiləlik zamanı hipertonik vəziyyətlərin diaqnostikasında 3 simptom əsas götürü-lür

– Hipertenziya. 
Sistolik təzyiq ≥140 mm C st, diastolik təzyiq ≥110 mm C st olduqda hiper-tenziya diaqnozu qoyulur. Sistolik təzyiq ≥160 mm C st, 
diastolik təziq ≥120 mm C st olarsa bu ağır hipertenziyadır.
– Proteinuriya. 
Fizioloji hamiləlik zamanı böyrəklər vasitəsi ilə zülal xaric olur. Sidikdə zü-la-lın miqdarı 300 mq və ya 1 q/l-dən çox olarsa bu 
patoloji hal sayılır

– 
Ödemlər. 
Orta dərəcəli ödemlər fizioloji hamiləlikdə müşahidə edilir. Ödemlə müşayət olunmayan preeklampsiya daha təhlükəlidir. Sürətlə inkişaf 
edən ödemlər ( xüs. bel və üz nahiyyə-lərində) proqnostik cəhətdən qənaətbəxş hesab edilmir. Hamiləliklə bağlı fizioloji ödemlər zamanı müalicəyə 
ehtiyac yoxdur.
Fəsadlar. 
Ağır preeklampsiya və eklampsiyanın çox ağır fəsadları ola bilir. Bu fəsadlara ağ ciyər ventilyasiyasının pozulması; YDL sindromu; 
HELLP sindromu; böyrək çatışmazlığı; ağ ciyər ödemi; ananın kəskin RDS; serebrovaskulyar ağırlaşmalar; ürəkdayanma; ölüm aiddir.
Serebral təzahürlər 
beyin arteriyalarının trombozu, fibrinoid nekrozu, diffuz mikroinfarktı, beyində petexial hemorragiya ilə müşayiət olunur və 
hipertonik ensefalopatiyaya bənzəyir.
Güclü damar spazmı nəticəsində qanın damardaxili həcmi azalır. Belə qadınlarda az qan itkisi belə hipovolemiyaya səbəb olur. Kapillyar keçiriciliyin 
artması, kolloid-osmotik təzyiqin aşağı ol-ması və ağ ciyər epitelinin zədələnməsi 

Yüklə 7,68 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin