preeklamsiyanın yüngül və orta ağır formala-rında 10–15 gün müddətində aparılan terapiya effekt vermədikdə, dölün hipoksiyası və hipotrofiyası
artırsa doğuşu tezləşdirmək vacibdir. Bütün bu hallarda hamiləliyin müddəti nəzərə alınmır.
Doğum yolları doğuşa hazır olduqda, erkən amniotomiyaya imkan olduqda, doğuşun doğum yollarından təbii yolla başa çatdırılması
məqsədəuyğundur.
Doğum yolları doğuşa hazır olmadıqda, uşaqlıq boynu ͈,,yetişməmiş" olduqda qıcıqlandır-maq məqsədi ilə prostoqlandirlərdən, okitosindən istifadə
olunur. Oksitosinlə qıcıqlandırmanı ehtiy-yatla aparmaq lazımdır. Əvvəl hipovolemiya və damar spazmını aradan qaldıran intensiv terapiya aparmaq
lazımdır: bundan 30 dəqiqə əvvəl dölyanı maye emboliyasının qarşısını almaq üçün əzələ daxilinə 1 ml 1–2%-li promedol və ya diprazin vurulur.
Doğuş zamanı, adətən hipertenziv vəziyyət-lərin gedişi dərinləşir, ağır fəsadlar mümkündür. Ona görə müalicənin bütün prinsiplərinə əməl et-mək və
maksimal ağrısızlaşdırma aparmaq vacibdir.
Qalan hallarda doğuş Kesar kəsiyi ilə başa çatdırılır.
Doğuş hipertenziv vəziyyətin simptomlarının tam itməsinin qarantı deyil. Doğuşdan sonra za-hılıq eklampsiyası
da rast gəlir ki, onun yaranmasına
şəraiti, doğuşa qədər və ya doğuş zamanı diaq-nozun qoyulmaması, müalicə tədbirlərinin lazımı həcmdə olmaması yaradır. Doğuşdan sonra ağır-
laşmaların profilaktikası
məqsədi ilə, patogenetik müalicəni klinik simptomlar tam itənə və laboro-tor göstəricilər, normallaşana qədər davam
etdirmək lazımdır
Qadının stasionardan evə yazılma kriteriyaları: qanın və sidiyin bütün analizlərinin normal-laşması; A/T–in 130–80 mm C st, nəbzin 90 vur/dəq və
daha aşağı səviyyədə stabilləşməsi; polior-qan dəyişikliklərin korreksiyası. Qadın evə hipertenziv vəziyyət diaqnozu ilə yazılır və o, məsləhət-
xanasında risk qrupunda müşahidəyə götürülür.
Dostları ilə paylaş: