Şok: növü, klinikası və diaqnostikası GİRİŞ -
Sistem toxuma perfuziyasının əhəmiyyətli dərəcədə azalması nəticəsində toxumalara oksigenin çatdırılmasının
azalması ilə xarakterizə olunan fizioloji vəziyyət ŞOK kimi qiymətləndirilir. Bu vəziyyəti oksigenin toxumalar tərəfindən
istifadəsi ilə oksigenin çatdırılması arasında balansın pozulmasına səbəb olur. Oksigenin uzun müddət ərzində adekvat
həcmdə çatışmaması hüceyrələrin hipoksiyasına və hüceyrə səviyyəsində mühüm biokimyəvi proseslərin pozulmasına
gətirib çıxarır ki, bu da öz növbəsində sistem səviyyəsinədək yayıla bilər:
•
Şokun hüceyrə səviyyəsində təsiri - hüceyrə membranın ion nasosu funksiyasının pozulması, hüceyrədaxili ödem,
hüceyrənin tərkibinin hüceyrədən kənar sahəyə sızması və hüceyrədaxili pH-ın tənzimlənməsinin pozulması.
•
Sistem səviyyəsində təsir - qanın pH-ın pozulması, endotelial disfunksiya, iltihabi və iltihab əleyhinə proseslərin
stimulyasiyası.
İlkin olaraq, oksigen çatışmazlığının efektləri geriyə dönəndir, lakin çox qısa müddət ərzində bu efektlər geriyə dönməz
olur. Nəticə isə ardıcıl olaraq hüceyrə ölümü, hədəf orqanların zədələnməsi, çoxsaylı orqan sistemlərin çatışmazlığı və
ölümdür. Buna görə də şok vəziyyətinin erkən müəyyən edilməsi və geriyə döndərilməsi xüsusi əhəmiyyət kəsb edir.
FİZİOLOGİYA. Sistem toxuma perfuziyası ürəyin hasilatı (CO-cardiac output) və sistem damar müqaviməti ilə təyin edilir:
•
CO və ya ürək hasilatı ürəyin atımı ilə ürəyin vurma tezliyinin nəticəsidir, yəni CO=ürəyin atımı x ürəyin vurma
tezliyi.
•
Sistem damar müqaviməti isə damarın uzunluğu, qanın sıxlığı və damarın diametrindən asılıdır.
Sistem toxuma perfuziyasının azalması bir başa olaraq Ürəyin Hasilatı, Sistem Damar Müqavimətinin (SDM) və ya
bunların hər ikisinin azalmasının nəticəsidir. Bəzi şok vəziyyətlərdə ya ürəyin hasilatı, ya da SDM bir birinə nisbətdə artmış
ola bilər. Məsələn, hiperdinamik şokda Ürəyin hasilatı xeyli artmış olduqda, SDM aşağı düşmüş olur. Bundan əlavə qeyd
etmək lazımdır ki, humoral və mikrosirkulyator proseslər arasında mürəkkəb münasibətlər regional qan axının pozulmasına
və toxumaların effektiv perfuziyasının azalmasına səbəb olur. Bu isə hüceyrə səviyyəsində metabolik proseslərin
pozulmasına gətirib çıxarır.