75
Şəkil 3. Qan itkisinin təxmin edilməsi qaydası.
ŞOKUN MƏRHƏLƏLƏRİ.
Növündən asılı olmayaraq, şok ilkin olaraq təhrikedici hadisədən başlayır, məsələn, infeksiya mənbəyi (abses) və ya
zədələnmədən (odlu silah yaralanması). Təhrikedici hadisə öz növbəsində sistem sirkulyator pozğunluğa gətirib çıxarır ki,
bu da bir neçə mürəkkəb və bir birilə bağlı mərhələlərdən ibarət olur - pre-şok, şok və hədəf orqanların disfunksiyası. Şok
vəziyyətinin davam etməsi nəticə etibarilə hədəf orqanların geriyə dönməyən çatışmazlığı və nəhayət ölümə gətirir.
Preşok (şok önü)
-
Preşok həm də "isti şok" və ya kompensasiya olunmuş şok da adlanır. Bu mərhələdə orqanizm
müxtəlif homeostatik mexanizmlərdən istifadə edərək, toxumaların perfuziyasının azalmasını kompensasiya etməyə
çalışır. Məsələn, ümumi effektiv arteriyal qan həcminin 10% azalmasına baxmayaraq, preşok mərhələsində işə düşmüş
kompensator mexanizmlər nəticəsində insan asimptomatik ola bilər. Taxikardiya, periferik vazokonstriksiya və arteriyal qan
təzyiqinin ya düşməsi, ya da bir qədər qalxması şokun yeganə kliniki əlamətləri ola bilər.
Şok
-
Şok zamanı isə artıq kompensator mexanizmlər orqanizmdə baş verən pozuntuları kompensasiya edə bilmir və
orqanların disfunksiyası əlamətləri və simptomarı müşahidə edilməyə başlayır. Bunlara taxikardiya, təngənəfəslik,
rahatsızlıq, diaforez, metabolik asidoz, oliqruiya və ilıq yapışqan dəri və digər əlamətlər daxildir. Orqanların disfunksiyası
adətən əhəmiyyətli dərəcədə fizioloji pozuntuların baş verməsinə dəlalət edir. Məsələn, hipovolemik şokda effektiv arteriyal
qan həcminin 20-25% azalması, kardiogen şokda ürəyin indeksinin 2.5 L/dəqiq/kv.m-dən aşağı düşməsi, və distributiv
şokda isə sistemli iltihabi cavab sindromunun (SİCS) çoxsaylı mediatorlarının aktivləşdirilməsi müşahidə edilir.
Dostları ilə paylaş: