hemorragik şokdur . Hemorragik şok, kəskin qanitirmə nəticə-sində yaranan orqanizmin kritik vəziyyətidir.
Bu zaman qanın makro və mikrosirkulyasıyası pozu-lur və poliorqan, polisistem pozğunluqlar əmələ gəlir. Mamalıq təcrübəsində
hemorragik şok hami-ləlik, doğuş və zahılıq dövründə baş verə bilər. Hamiləlik zamanı qadın orqanizmində baş verən də-yişikliklər onu
doğum zamanı baş verə biləcək qanaxmalara hazırlayır. Bəzi hamiləlik ağırlaşmaları hipovolemiya və hipotoniyaya gətirib çıxarır. Bu
ağırlaşmaları törədən faktorlar birincili (anemiya, ürək-damar xəstəlikləri, çoxdöllülük və çoxmayelilik); ikincili (diuretik, qanqlioblakatorlar,
hipo-tenziv madd
ələr qəbulundan sonra) ola bilər. Bundan başqa itirilən qan vaxtında və tam bərpa olun-madıqda, hemostaz düzgün
korreksiya olunmadıqda (çoxlu antikoaqulantların, ağrıkəsicilərin veil-məsi) hemorragik şok əmələ gələ bilər.
İtirilən qanın həcminə görə hemorragik şokun 4 dərəcəsi ayırd edilir.
I dərəcə – itirilən qanın həcmi ümumi qanın 15%-ni təşkil edir, ancaq taxikardiya ilə müşayət olunur.
II dərəcə – itirlən qanin həcmi ümumi qanın 25%-ni təşkil edir, taxikardiya ilə yanaşı ortosta-tik hipotoniya da müşahidə edilir.
III dərəcəli – itirilən qanın həcmi ümumi qanın 30-35%-i təşkil edir. Ürək döyüntülərinin tez-liyi artır, arterial hipotoniya və oluqouriya
müşahidə edilir.
IV dərəcə – itirilən qanın həcmi 40-45%–dir. Yuxarıda sayılan simptomlarla yanaşı kollaps (kəskin hipotenziya, huşun itməsi) da
müşahidə olunur. Həyat üçün təhlükəlidir.
Patogenez . Hemorragik şok makro və mikrosirkulyasiya, metabolik və koaqulopatik poz-ğunluqlarla xarakterikdir. Nəticədə şok zamanı
orqanların ümumi hipoksiyası, poliorqan və polisis-tem pozğunluqları baş verir. Hemorragik şok zamanı böyrəklərin də sirkulyasiyası
kəskin azalır. Onun funksiyası pozulur. İfraz olunan sidiyin miqdarı azalır, beyin və qabıq maddələri arasında qan paylaşması pozulur.
Arteriyaların, arteriolların spazmı baş verir. Bu vəziyyət saxlanılarsa, kəskin böyrək çatışmazlığı inkişaf edir.
Şok zamanı portal qan dövranı azalır. Qara ciyərin metabolizmi və funksiyası kəskin pozulur. Orqanik dəyişikliklərlə qara ciyər
çatışmazlığı inkişaf edir. Ağ ciyər qan dövranı azalır. Ağ ciyərlə-rin oksigen udma qabiliyyəti azalır, hipoksiya inkişaf edir. Ağır ağ ciyər
çatışmazlığı zamanı mər-kəzi sianoz inkişaf edir. Belə halda xəstə arterial hipoksiyadan ölə bilər. Qan dövranının mərkəzləş-məsi
hesabına beyin qan dövranı uzun müddət kompensasiya olunur. Beyin qan dövranı 25-30% azaldıqda belə beyin öz həyat qabiliyyətini
saxlayır. Ürəyin dayanması nəticəsində baş verən beyin işemiyası çox təhlükəlidir. Ürəyin işinin 6 dəqiqədən çox dayanması və
reanimasiya tədbirlərinin 15 dəqiqə müddətində effekt verməməsi beyinin ölümünə səbəb olur (P.L,Morino 1998). Ürək ça-tışmazlığı
zamanı ürəyin hər vurğu zamanı qovduğu qanın həcmi azalır. Ürək döyüntülərinin tezliyi artır. Taxikardiya vurğu qanının həcmini
kompensasiya edir (ürəyin dəqiqəlik qan həcminin dəyiş-məsi hesabına). Sonradan ürəyin həm vurğu, həm də dəqiqəlik həcmi azlır. Bu
ürəyin kompensasiya vəziyyətindən dekompensasiya vəziyyətinə keçməsinə səbəb olur. Bu andan başlayaraq periferik damar
müqaviməti proqressiv olaraq artır və qanın dəqiqəlik həcmini daha da azaldır.
Şok cift və uşaqlığa təsir edir. Şok zamanı ana orqanizmində mikrosirkulyasiyanın pozulması feto-plasentar qan dövranında dəyişikliklər
əmələ gətirir, dölün hipoksiyası baş verir. Ciftin işemi-yası uşaqlıq funksiyasının pozulmasına səbəb olur.