TəXİRƏsalinmaz tiBBİ yardimin əsaslari, ÜRƏk- ağCİYƏr reanimasiyasi. YeniDOĞulmuşlarin iLKİn reanimasiyasi



Yüklə 7,68 Mb.
Pdf görüntüsü
səhifə135/141
tarix24.10.2023
ölçüsü7,68 Mb.
#161148
1   ...   131   132   133   134   135   136   137   138   ...   141
DƏRSLİK

Alqoverin Şok indeksi 
normada 0,5-0,6-
ya bərabərdir. Şok indeksi ilə itirilən qanın 
miqdarı da təyin edilir.
Müalicə
. Hemorragik şokun müalicəsi zamanı məqsəd: mərkəzi venoz və arterial qan təz-yiqini normallaşdırmaq; ürək döyüntülərinin 
azalmasına nail olmaq; toxumaların oksigenlə təmi-nini yaxşılaşdırmaq, diurezin artmasına (30 ml/saat) nail olmaqdir. İlk növbədə xəstə 
isidilməlidir. Terapiya üçün işlədilən bütün məhlullar isti olmalıdır.
Intensiv terapiya aşağıdakı kimi aparılır: qanaxmanın təcili dayandırılması; DQH-nin bərpa-sı; adekvat qaz mübadiləsinin təmini; 
poliorqan pozğunluqlarının müalicəsi; metabolik pozğunluq-ların aradan qaldırılması.
Qanaxma konservativ və ya cərrahi yolla dayandırılır. DQH-ni bərpa etmək üçün infuzion te-rapiya aparılır. İnfuzion terapiya qan 
itirmənin dərəcəsi nəzərə alınmaqla manitor nəzarəti altında aparılır. Hemorragik şok zamanı DQH-nin defisiti aşağıdakı düsturla 
hesablanır:
Defisit = qanitirmə (%) x normal ümumi qanın miqdarı 
Qanitirmə 20% olduqda hemotransfuziyaya ehtiyac yoxdur. İnfuzion terapiyada aşağıdakılar nəzərə alınır:
– ürəyin qovduğu qanın həcmini tez bərpa etmək üçün kolloid məhlullardan istifadə olunur;
– plazma, insan albumininin 5%-li məhlulu yaxşı effekt verir;
– əvvəl kolloid məhlul, sonra kristalloid məhlul və göstəriş olduqda hemotransfuziya aparılır;
– kristalloid məhlulları təyin edərkən “
defisit x 3” 
düsturundan istifadə olunur. Çünki, damar sistemində bu məhlulların yalnız 20-30% 
ləngiyir.
Adekvat qaz mübadiləsini təmin etmək üçün həm oksigen vermək, həm də qanın oksigen daşıma qabiliyyətini bərpa etmək lazımdır. 


Oksigenin verilməsi müxtəlif sistemlərin köməyi ilə aparılır (sadə maska, burun kateteri, ASV apparatı və s.), qanın oksigen daşıma 
funksiyasını bərpa etmək üçün eritrositar kütlə yeridilir. Qanın laxtalanma siteminin işi də korreksiya olunmalıdır. Bu məqsədlə təzə 
dondurulmuş plazma, Kriopresipitat, Trombo-konsentrat, antifibrinolitiklər–Tranek-sam, antitrombin konsentrat, rekombinat faktor VIIa və 
s. təyin edilir.
Hemorragik şokun urgentoterapiyasında kortikosteoidlər (0,5-1,0qr prednizalon və ya ekvi-valent dozada deksametozon), 
metabolik asidozu aradan qaldırmaq üşün 4%-li natrium bikorbonat, orqanizmin su-duz, turşu–qələvi müvazinətinin bərpası və s tədbirlər 
aparılır. 


Yüklə 7,68 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin