Doğumda koaqulopatiyalar Uşaqlıq tam boşaldıqdan sonra, orada cift və ya döl qişası hissələri qalmadıqda və doğum ka-nalı travmaları inkar edildikdən sonra uşaqlıq qanaxması
varsa, bu zaman koaqulopatiyalardan şüb-hələnmək lazımdır.
Ən çox rast gələn koaqulopatiya
YDL (yayılmış damardaxili laxtalanma) sindromudur, ge-niş yayılmış hemostaz pozğunluğudur. Bu patologiya
qana laxtalanma sisteminin çoxlu substantları və bioloji aktivatorları daxil olduğu zaman yaranır. Nəticədə mikrosirkulyator şəbəkədə çoxlu mik-
rotromblar və qan hüceyrələri aqreqatları olur. Orqan və sistemlərdə qanın mikrosirkulyasiyası po-zulur. Fibrinolitik sistemin aktivləşməsi nəticəsində
massiv hemorragiyalar əmələ gəlir. Sonradan laxtalanma sistemi tamamilə zəifləyir və güclü qanaxma başlayır. Belə qanaxma ilə mübarizə çətin olur.
YDL sindromu aşağıdakı hallarda baş verir: massiv qanaxmalarda; düşükdən sonra və zahılıq dövrünün müxəlif infeksiyalarında (xüs. yayılmış septik
şok); travmatik cərrahi əməliyyatlarda; cift gəlişlərində, normal yerləşmiş ciftin vaxtından əvvəl ayrılması zamanı; dölün bətndaxili ölümündə; ağır
preeklamsiya və eklampsiyada; dölyanı maye emboliyasında; massiv hemotransfuziyada, uyuş-mayan qan transfuzuyasında; uzun sürən hipoksiyada
(o cümlədən ağ ciyərlərin süni tənəffüsü da-vamlı aparıldıqda); fibrinolitiklərdən (plazmin, streptokinaza), antikoaqulantlardan (heparin) qanın
laxtalanma qabiliyyətini artıran (trombin) maddələrdən və fibrinoliz ingibitorlarından (epsilon-ami-nokapron turşusu) düzgün istifadə etmədikdə.
Təsnifat. YDL sindromunun 4 dərəcəsi var.
I dərəcə – hiperkoaqulyasiya;
II dərəcə – hipokoaqulyasiya, fibrinolizin yayılmış aktivləşməsi ilə;
III dərəcə – hiperkoaqulyasiya, fibrinolizin yayılmış aktivləşməsi;
IV dərəcə – qanın tam laxtalanması–afibrinohemiya.
YDL sindromunun kəskin və xroniki forması ayırd edilir.
Xroniki forma ekstragenital xəstə-likləri olan xəstələrdə (ürək-damar xəstəlikləri,
qlomerulonefrit, qan xəstəlikləri və s.) inkişaf edir. Ağır hipertenziv vəziyyətlərdə hamiləliyin sonunda I dərəcəli YDL sindromu olur. Doğuş zamanı
az qanitirmə belə YDL sindromunun sonrakı stadiyalarının inkişafına səbəb olur