Kəskin YDL sindromu qanaxmalarda (hipotonik, dölyanı maye emboliyası) inkişaf edir.
Klinika. YDL sindromunun hər stadiyasının xüsusi simptomları var. Əsas xəstəliyin simp-tomları ilə yanaşı hemostazın bütün bəndlərində ciddi
pozğunluqlar müşahidə edilir. Bunlar trom-bozlar, hemorragiyalar, şok əlamətləri (hemorragik, septik və s.) poliorqan və metabolik pozğunluq-lardır.
Uşaqlıqdan güclü qanaxma başlayır. Qanaxma əvvəl yumşaq laxtalarla olur, sonra duru qan gəlməyə başlayır. Müxtəlif yerlərdə, həmçinin inyeksiya
yerində hematoma, petexial səpgilər müşa-hidə edilir. Kofe çöküntüsü kimi qusma, sidik yollarından qanaxma, müxtəlif orqanlara qansızma
mümkündür.
Kəskin YDL sindromu zamanı
I stadiya bir neçə dəqiqədən bir neçə günə qədər davam edir. Xroniki formada isə bir həftə davam edir. Qanın
laxtalanma aktivliyinin artması və ya azalması, fib-rinolitik və antikoaqulant aktivliyin azalması xarakterikdir. Çox vaxt qanın analizində dəyişiklik
ol-mur, bəzən qan götürülmüş sınaq şüşəsində qan laxtalanır. Poliorqan pozğunluqların ilk simptomla-rı meydana çıxır. Bu stadiyada müxtəlif
orqanların damarlarında tıxanmalar və toxuma pozğunluq-ları baş verir. Damar tutulan orqana uyğun simptomlar müşahidə edilir. Ürək və beyin
damarlarının trombla tıxanması zamanı ani ölüm baş verə bilər.
II stadiya – keçid stadiyasıdır. Trombositlərin sayı və protrombin indeksi, laxtalanma sistemi faktorlarının aktivliyi azalır, antikoaqulant aktivlik artır.
Ümumi koaqulyasiya sınaqlarında müxtəlif dəyişikliklər var. 1-2 dəqiqə davam edir.
III stadiya – dərin hiperkoaqulyasiya dəyişiklikləri olur. Klinik olaraq müxtəlif hemorragiya-lar, hipovolemiya, anemiya ilə özünü göstərir. Bir
neçə dəqiqədən bir neçə saata qədər davam edir.
IV stadiya – bərpa və nəticə (kompensasiya və dekompensasiya). Özünü poliorqan dəyi-şikliklərlə göstərir. Saatlarla, günlərlə, həftələrlə davam
edə bilər. Bundan sonra orqanların mik-rosirkulyasiyasının blokadası baş verir. Onlarda destruktiv dəyişikliklər yaranır, funksiyaları po-zulur. Adətən
ağ ciyər, ürək, böyrəklər, qara ciyər, beyin, mədə-bağırsaqlar zədələnir. Bu orqanlar “