Təsnifatı: hamiləlik, doğuş, doğuşdan sonra, zahılıq dövrü və müddəti məlum olmayan ek-lampsiyalar ayırd edilir.
Klinikası. Eklampsiya tutmalarından əvvəl, çox vaxt baş ağrılarının güclənməsi, görmənin pisləşməsi, yuxusuzluq, narahatlıq, A/T–in artması, sidikdə
zülalın artması müşahidə edilir. Sonra tutmalar başlayır. Orta hesabla 1–2 dəqiqə davam edir. Eklampsiya tutmaları 4 dövrdə keçir.
I mərhələ – xəbərdaredici tutmalar . Tutmanın müddəti 15–30 san davam edir. Göz qapaq-la-rının titrəməsi, mimiki əzələlərin, sonra yuxarı ətraf
əzələlərinin fibrilyar dartılması başlayır, xəs-tənin baxışı süstləşir, müəyyən bir nöqtəyə yönəlir, bəbəklər genişlənir və göz qapaqlarının altına keçir,
göz ağı görünmür, boyun gərgindir, vidaci venalar şışır, trizm baş verir (dilin dişləyə bilər), tənəffüs dəyişmir.
II mərhələ – tonik qıcolmalar. 15–25 saniyə davam edir. Sklet əzələlərində tonik (tetanik) qıclıq başlayır. Onlar başdan başlayıb, boyuna, yuxarı
ətrafa, gövdəyə, ayaqlara yayılır. Baş arxaya və yana dartılır, gövdə gərgin vəziyyət alır, üz avazıyır, onurğa sütunu əyilir, çənələr gərilir, bəbək-lər
genəlir, gözlər batır (ancaq sklera görünür), dəri və selikli qişalar sianozlaşır, dil dişlənir. Bu za-man xəstənin tənəffüsünün və nəbzinin itməsi
müşahidə edilir ki, bu da ana və döl həyatı üçün təh-lükəlidir.
III mərhələ – klonik qıcolmalar. 30–90 san davam edir. Bu tutmalar da yuxarıdan aşağıya doğru yayılır. Yuxarı və aşağı ətrafların, gövdə
əzələlərinin klonik qıclığı, tənəffüsün səthiləşməsi və ritminin pozulması dilin dişlənməsi nəticəsində ağızdan qanlı köpüyün gəlməsi müşahidə
olunur. Tədricən qıcıqlar seyrəlir və zəifləyir, nəhayət kəsilir.
IV mərhələ – bərpa mərhələsi. Tutmadan sonra, xəstə bir müddət komatoz vəziyyətdə olur. Bu vəziyyət qısa və uzun müddət davam edə bilər.
Qıcolmalar azalır və sona yetir, nəfəsalma dərin, xırıltılı və küylüdür, ağızdan köpük (çox vaxt qanlı) gəlir, tənəffüz müntəzəm olmağa başlayır, sia-
noz azalır, nəbz bərpa olur, bəbəklər yavaş-yavaş daralır. Qıcolmadan sonra koma vəziyyəti gəlir. Xəstənin şuuru tədricən bərpa olur, lakin retroqrad
amneziya baş verdiyindən başına gələn hadisəni xatırlamır, baş ağrısından, ümumi zəiflikdən, əzginlikdən şikayət edir. Bə-zən komada olan xəstədə
yeni qıcolma tutmaları başlayır. Tutmaların sayı 1-10-a qədər olur. Ko-motoz vəziyyət fonunda bir neçə tutmanın baş verməsi