III dərəcə-ağır formada A/T-170/110 mm C st-dan çox, proteinuriya 5 q/l-dən çox, kreati-nin 300 mkmol/l və çox olur. Bu simptomlara beyin
əlamətləri (baş ağrıları xüs. ənsə nahiyyəsində, görmə pozğunluqları) epiqastral və sağ qabırğaltı nahiyyədə ağrı (qara ciyər ödemi), ürək bulanma və
ya qusma, qəflətən meydana çıxan ödemlər (xüs. üz və omada), hiperrefleksiya, proqressivləşən proteinuriya və hipoproteinemiya, diurezin azalması,
sidiyin rənginin tündləşməsi, hemoliz, sarılıq, ağ ciyər ödemi, trombositopeniya (100 x 109/l), dölün bətndaxili inkişafdan qalması və s. qoşulur.
Preeklampsiyada, bir çox poliorqan dəyişikliklər də rast gəlir, xüsusilə aşağıdakı əlamətlər kəskin olur: hipovolemiya və onunla əlaqədar olaraq
hemodinamik dəyişikliklər (A/T–in, ürək yı-ğılmalarının artması, mərkəzi venoz təzyiqin azalması ), mikrosirkulyasiya və qanın reoloji xüsusiy-
yətlərindəki dəyişikliklər (hemoqlobulin və hematokritin konsentrasiyanın artması, trombositlərin və eritrositlərin aqreqasiyasının güclənməsi, damar
divarlarının keçiriciliyinin artması, disproteine-miya, xroniki damardaxili laxtalanma sindromu), böyrək və qara ciyərin funksiyasının pozulması
(oliqouriya, proteinuriya, kreatinin, qalıq azotun, sidik cövhərinin artması, AST–nin, qələvi fosfota-zanın artması), dölün hipoksiyası və hipotrofiyası.
Bütün bu əlamətlər eklamp-siyanın inkişaf edə biləcəyini göstərir.
Xroniki hipertenziya hamiləliyin 20-ci həftəsinə qədər mövcud olur və doğuşdan 6 həftə sonra saxlanılır. Xroniki hipertenziya fonunda
preeklampsiya inkişaf edə bilir.
Eklampsiya adətən, preeklampsiya fonunda inkişaf edir, serebral pozğunluqlarla əlaqəli ol-mayan qıcolma və koma ilə təzahür edir. Eklampsiya
poliorqan çatışmazlıqları ilə xarakterikdir. O, mürəkkəb proses olub, əsas xüsusiyyəti kortikovisseral münasibətin pozulmasından ibarətdir. Bu-nun
nəticəsində damar–kapillyar dəyişikliklər, endokrin vəzilərin funksiyasının pozulması, madələr mübadiləsinin pozğunluqları (xüs. su–duz mübadiləsi
və oksidləşmə prosesləri pozulur) meydana çıxır.
Eklampsiyanın patogenezində tənəffüs çatışmazlığı əsas yer tutur. Tənəffüs əzələlərinin spaz-mı nəticəsində (apnoe, dilin qatlanması, tənəffüs
yollarının obstruksiyası) hipoksiya və hiperkapni-ya inkişaf edir. Vəzilərin sekretor funksiyası artır. Bu da mədə-bağırsaq möhtəviyyatının, tüpürcə-
yin, bronxial sekretin artmasına səbəb olur. Böyük və kiçik qan dövranında qan təzyiqi yüksəlir. Ürəyin yükü artdığı üçün, ürək boşluğu böyüyür, ritm
67
pozulur, taxikardiya baş verir. Periferik və mərkəzi sirkulyar çatışmazlıq inkişaf edir.
Eklampsiya əsasən hamiləliyin III trimestrində və doğuşdan sonra 48 saat ərzində inkişaf edir, lakin eklampsiyanın hamiləliyin 20 həftəsindən və ya
doğuşdan 23 gün sonra da meydana çıxması faktları var.