TəXİRƏsalinmaz tiBBİ yardimin əsaslari, ÜRƏk- ağCİYƏr reanimasiyasi. YeniDOĞulmuşlarin iLKİn reanimasiyasi



Yüklə 7,68 Mb.
Pdf görüntüsü
səhifə112/141
tarix24.10.2023
ölçüsü7,68 Mb.
#161148
1   ...   108   109   110   111   112   113   114   115   ...   141
DƏRSLİK

Hemostaz sistemind
əki pozğunluqlar nəticəsində erkən zahılıq dövründə baş verən zahılıq qanaxmaları. 
Bel
ə qanaxmalar 
aşağıdakı hallarda ola bilər:
– hamiləliyə qədər qanın koaqulyasiya xüsusiyyətindəki dəyişikliklər. (tromboplastik purpura, Villibrand xəstəliyi);

– hamiləlik zamanı baş vermiş patologiyalar (hipertenziv vəziyyətlər, endokrin pozğunluqlar);


– doğuş və zahılıq dövründə baş verən qanaxmalar (cift gəlişləri, vaxtından əvvəl cift ayrılması, uşaqlıqdaxili müdaxilələr, uşaqlığın 
hipotoniyası və atoniyası ilə bağlı qanaxmalar, yumşaq toxumaların cırıqları, ölü döl, dölyanı maye emboliyası və s.)
Bütün bunlar YDL (yayılmış damardaxili laxtalanma) sindromunun inkişafına şərait yaradır.
Koaqulopatik qanaxmalar zamanı laxtalar yumşaq olur və ya olmur, bədəndə hemorragik səpgilər müşahidə edilir.
Profilaktika. 
Erk
ən zahılıq qanaxmalarının profilaktikası üçün ilk növbədə döl doğulan kimi uşaqlığa 10 TV oksitosin vurulur. Sonra 
göb
ək ciyəsinin nəzarəti ilə cift xaric edilir.
Göb
ək ciyəsindən nəzarət olunan traksiya ilə ciftin doğulması
:
– göbək ciyəsində pulsasiya dayandıqdan sonra, göbək ciyəsinə, aralığa yaxın sıxac qoyulur;
– bir əllə sıxılmış göbək ciyəsi bir qədər dartılmış vəziyyətdə tutulur;
– digər əl qasıq üzərinə qoyulur və göbək ciyəsindən sınaq traksiya edilən zaman uşaqlıq qasıqdan geri çəkilir (uşaqlığın çevrilməsinin 
qarşısı alınır);
– uşaqlığın güclü yığılması zamanı (girdələşir, bərkiyir) və göbək ciyəsinin uzanması hiss edildikdə, ehtiyyatla göbək ciyəsi, özünə və 
aşağı doğru traksiya edilir. Eyni zamanda digər əllə uşaqlığı traksiyanın əksi istiqamətdə (kontraksiya) saxlamaqda davam edir.
– 30-40 dəqiqə ərzində cift aşağı enmirsə traksiya dayandırılır, uşaqlığın növbəti yığılması gözlənilir və traksiya təkrarlanır;
– cift doğulduqda iki əllə tutulur və fırladılır ki, döl qişaları cırılmasın;
– doğulan cift müayinə olunur, qarının ön divarından uşaqlığın xarici massaj aparılır.

Yüklə 7,68 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin