uşaqlıq-cift apopleksiyası və ya Küveler uşaqlığı adlanır. Adətən bu zaman qanaxma uşaqlıqdaxili olur. Ciftarxası hematoma böyük olduqda qan
ciftl
ə uşaqlıq divarı arasından özünə yol açaraq aşağı doğru axır. Daxili qanaxmaya xarici qa-naxma (kombinə olunmuş) da qoşulur.
Ciftarxası hematoma böyük, anemiya kəskin olduqda belə xarici qanaxma güclü olmur. Tam, total və ya böyük hissədə cift ayrılması ana
v
ə döl həyatı üçün böyük təhlükə yaradır. Ana qanitirmə və şokdan (uşaqlığın həddən artıq gərilməsi), döl isə asfiksi-yadan tələf olur.
Ciftin 1/3 hiss
əsi ayrıldıqda dölün asfiksiyası təhlükəsi yaranır. Onun yarısının və tam ayrılması zamanı döl tələf olur.
Klinika. Qanaxma daxili, xarici v
ə kombinə olunmuş ola bilər. Xarici qanaxma adətən cift kənardan ayrıldıqda və uşaqlıq boynu açıq
olduqda müşahidə edilir. Mərkəzi cift ayrılması zamanı retroplasentar hematoma yaranır və bu zaman daxili qanaxma olur. Kominə
olunmuş qanaxma uşaqlıq boynu açıq olduqda kənar cift ayrılması və retroplasentar hematoma zamanı qan uşaqlıqla qişalar arasından
süzül
əndə müşahidə edilir. Qanaxma az və massiv ola bilər. Bəzən hemorragik şokla müşayət olunur. Qanitirmənin dərəcəsindən asılı
olaraq aşağıdakı simptomlar müşahidə edilir.
1. Ağrı–yerli və yayılmış olur, uşaqlıq tonusunun artması ilə müşayət olunur, ,,Küveler” uşaqlığı əmələ gəlir.
2. Ciftarxası hematoma uşaqlıq daxili təzyiqin artmasına və uşaqlıq divarının gərilməsinə səbəb olur. Ona görə uşaqlıq böyüyür,
konsistensiyası bərkiyir, ovoid və ya qeyri-düzgün forma alır. Tam cift ayrılması zamanı hematoma sahəsi qabardığı üçün uşaqlıq
assimetrik olur.
3. Uşaqlıq divarı gərgin olduğu üçün döl hissələri çətinliklə əllənir və ya əllənmir, dölün ürək döyüntüləri eşidilmir və ya çətinliklə eşidilir.
4. Döl qovuğu həm sancılar, həm də pauzalar vaxtı gərgindir.
5. Qanaxmanın həcmindən asılı olaraq müxtəlif dərəcəli hemodinamik dəyişikliklər inkişaf edir: ürək-damar sistemi pozğunluqları
əlamətləri (taxikardiya, A/T-in enməsi və s.) və anemiya əlamətləri (dəri örtüklərinin avazıması, hemotokritinin, eritrositlərin,
hemoqlobinin azalması) müşahidə edilir. Koaqulopatiya simptomları (YDL sindromuna qədər) inkişaf edir.
6. Ananın qan itirməsi ilə proporsional olaraq dölün RDS inkişaf edir.
Döl doğulduqdan dərhal sonra cift doğulur: ciftlə birlikdə cinsiyyət yollarından çoxlu miqdarda duru qan və qan laxtaları xaric olur.
Uşaqlıq çox gərildiyi üçün pis yığılır. Ona görə uşaqlıq atoniyası nəticəsində doğuşdan sonrakı ilk saatlarda qanaxma davam edir.