Uşaqlıq yolu yaxmalarının sitoloji müayinəsi. Hamil
əlik zamanı doğuşdan qabaq uşaqlıq yolu yaxmalarının sitoloji müayinəsi vasitəsi
il
ə hormonal dəyişiklikləri təyin etmək olar. Doğuş vaxtı yaxınlaşdıqca hamiləlik müddəti üçün xarakterik olan qayığabənzər hüceyrələrin
sayı azalır, səthi qat hüceyrələrinin sayı artır (estragenlətin artmasına görə). Səthi hüceyrələr piknotik nüvələrə malik olur, yaxmada
çoxlu leykositl
ər müşahidə edilir.
Preliminar dövr Qadın orqanizminin doğuşa hazırlanması dövrü preliminar dövr adlanır, bir neçə saatı (6 sa-at) əhatə edir və bir başa doğuş fəaliyyətinə
keçir. Bu dövr
“doğuş dominantı” nin formalaşması və uşaqlıq boynunun bioloji “yetişkənliyi”nin başa çatması ilə xarakterizə olunur.
B
əzən preliminar dövr patoloji şəkildə keçir: uzanır (7 saatdan 24-48 saata qədər), uşaqlıq yı-ğılmaları ağrılı olur, uşaqlıq boynu
“yetişməsi”başa çatmır.
Xarici histeroqrafiya ilə müəyyən olunmuşdur ki, normal preliminar dövrdə uşaqlığın yığıl-malarının sayı, davamiyyəti uşaqlığın
dibindən cisminə və aşağı seqmentə keçdikcə azalır. Patoloji preliminar dövrdə uşaqlığın aşağı seqmentində uşaqlıq yığılmaları 2-3 dəfə
artıq olur. Bu da müvafiq tədbirlərin görülməsini tələb edir.
Doğum aktının komponentləri
Doğuşun 3 komponenti var:
1.Doğuş obyekti – – – – – – döl;
2.Doğum qüvvələri – – – – sancılar, gücvermə;
3.Doğum yolları – – – – – – doğuş kanalı.
Doğum obyekti. Doğuş obyekti olan dölün əsasən başının ölçüləri öyrənilir. Baş doğuş yol-larından keçərkən çətinliklərə rast gələn ən
böyük və ən bərk hissədir.
Başın kəllə hissəsi 7 sümükdən təşkil olunub: –