0,8- 1,5 kq azalır (maye itkisi hesabına).
6.Ağırlıq mərkəzinin yerdəyişməsi hesabına qadının duruşu “vüqarlı” olur .
7.Uşaqlığın yığılma qabiliyyəti güclənir və qeyri-requlyar sancılar baş verir. Qadın bunu qarının aşağı hissəsində və omada ağrı kimi
hiss edir.
Hal-
hazırda uşaqlıq boynunun yetişkənlik dərəcəsini təyin etmək üçün müxtəlif üsullar var. Ən sadəsi E.N.Bişop şkalasıdır. Balların
c
əminə görə uşaqlıq boynunun “yetişkənlik” dərəcəsi mü-əyyən edilir: 0-2 bal-uşaqlıq boynu yetişməyib; 3-4 bal-uşaqlıq
boynu kifay
ət qədər yetişməyib; 6 baldan yuxarı uşaqlıq boynu yetişib.
Hamilə qadın orqanizminin doğuşa hazırlığını təyin etmək üçün istifadə olunan testlər: uşaq-lıq boynu seliyinin fiziki və kimyəvi
xassələrinin öyrənilməsi; uşaqlığın yığılma fəaliyyətinin pa-rametrlərinin öyrənilməsi; uşaqlıq yolu yaxmasının sitoloji müayinəsi.
Uşaqlıq boynu seliyinin fiziki və kimyəvi xassələrinin öyrənilməsi. Doğuşun müddəti ya-xınlaşdıqca, uşaqlıq boynunun yetişkənlik
dərəcəsi artdıqca, uşaqlıq boynu seliyinin fiziki və kim-yəvi xüsusiyyətləri dəyişir: seliyin miqdarı və şəffaflığı artır, seliyin kristalizasiyası
baş verir; selik-də ümumi zülalın səviyyəsi artır və zəngin zülal spektri (albumin, transferin, immunoqlobulin və s.) aşkar olunur.
Uşaqlığın yığılma fəaliyyətinin parametrlərinin öyrənilməsi. Məlumdur ki, hamiləlik müd-dəti artıqca uşaqlığın oksitosinə reaksiyası
tədricən güclənir və doğuşdan qabaq maksimal həddə çatır. Bunları nəzərə alaraq K.N.Smit xüsusi sınaq işləyib. Bu üsulun aparılma
texnikası belədir: hər 1 ml-nə 0,01 TV oksitosin qarışdırılmış 10 ml izotonik natrium xlorid məhlulu sprisə yığılır və 1 ml vena daxilinə
yeridilir, 1 dəqiqə fasilə verilir. Bundan sonra uşaqlıq yiğılmaları əmələ gəldikdə məhlulun yeridilməsi dayandırılır və sınaq müsbət
sayılır. Məhlulun yeridilməsindən 3 dəqiqə sonra uşaqlıq yığılmaları qeydə alınarsa, bu yaxın 1-2 gündə doğuşun başlayacağından
xəbər verir.
Bəzi alimlər (Baumqarten və Xovxanski-1961 ci il) hesab edirlər ki, oksitosin “təkanşəkilli” deyil, izotonik məhlulda 1 dəqiqə müddətində
tədricən venaya yeridilməlidir.
V.V. Abramçenko və digər alimlər yuxarıdakı sınaqlardan istifadə etməklə yanaşı, eyni vaxt-da uşaqlıq əzələsinin tonusunu
qiymətləndirən histerotokoqrafiya tətbiq etmişdir.
Uşaqlığın tonusunu və yığılma qabiliyyətini öyrənmək üçün xarici və daxili histeroqrafiya-dan istifadə olunur. Son zamanlar
33
kardiotokoqrafiyadan da geniş istifadə olunur. Bu üsulla uşaq-lığın yığılma qabiliyyəti ilə yanaşı dölün ürək fəaliyyəti haqqında da
məlumat əldə edilir.