TəXİRƏsalinmaz tiBBİ yardimin əsaslari, ÜRƏk- ağCİYƏr reanimasiyasi. YeniDOĞulmuşlarin iLKİn reanimasiyasi


(Şats-Unterberqer- Zançenko əlaməti)



Yüklə 7,68 Mb.
Pdf görüntüsü
səhifə62/141
tarix24.10.2023
ölçüsü7,68 Mb.
#161148
1   ...   58   59   60   61   62   63   64   65   ...   141
DƏRSLİK

(Şats-Unterberqer- Zançenko əlaməti). 
Sancılardan sonra uşaqlıq əzələləri boşalır, bu da uşaqlıq–cift qan dövranının bərpası üçün va-cibdir.
Açılma dövrünün normal gedişində dölün vəziyyətində dəyişiklik olmur. Uşaqlıq yığılmaları za-manı və ondan dərhal sonra dölün ürək 
döyüntülərinin dəqiqədə 10-15 vur. artması müşahidə olunur. Bu dövrdə uşaqlığın yığılma qabiliyyəti subyektiv əlamətlərlə (palpasiyada 
uşaqlığın gərgin, ağrılı ol-ması), obyektiv müayinələrlə (xarici histeroqrafiya və daxili tokoqrafiya) əsasən qiymətləndirilir.
Uşaqlığın yığılma qabiliyyətini qiymətləndirmək üçün aparılan obyektiv müayinələrə (20-yə qədər göstərici): uşaqlığın tonusu–8-10 mm 
C/sut; sancıların davamiyyəti – açılma dövrünün əvvə-lində 30-40 san, sonunda 60-80 san; pauzalar müvafiq olaraq 5-7 dəq-dən 1-2 
dəq yə qədər; sancıla-rın intensivliyi uşaqlıqdaxili təzyiqə görə təyin edilir – 30-50 mm C/sut arasında olur.
Uşaqlıq boynunun açılma tempi miometriumun yığılma xüsusiyyətlərindən və uşaqlıq boy-nunun rezistentliyindən asılıdır. Y.A.Çernuxa 


37 
və həmfikirləri doğuşun birinci dövrünü sancıların in-tensivliyinə, davametmə müddətinə, uşaqlıq boynunun açılış sürətinə əsaslanaraq, 
latent və aktiv fa-zalara bölürlər. 
Latent faza 
müntəzəm sancılardan başlayır və uşaqlıq boynunun 4 sm açılmaşına qədər davam edir. 
İlk doğanlarda 6-8 saat, təkrar doğanlarda 4-6 saat davam edir. Nisbətən az ağrılı-dır, sancılar az amma requlyardır. 
Aktiv faza 
uşaqlıq 
boynunun 3-
4 sm açılmasından tam açılması-na qədər davam edir: ilk doğanlarda 4-5 saat, təkrar doğanlarda 2-3 saat davam edir. Aktiv 
faza do-
ğuş fəaliyyətinin güclənməsi ilə xarakterizə olunur, sancılar daha tez-tez baş verir. Bu zaman uşaq-lıq əzələləri: şaquli əzələlər 
aktiv yığılır; eyni zamanda sirkulyar əzələlər zəifləyir. Bu dövrdə uşaq-lıq boynunun açılma qrafiki qeyd edilir və bu 
partoqram 
adlanır.
Uşaqlıq boynunun açılış tempi latent fazada 0,3-0,4 sm/saat, aktiv fazada 1,5-2,5 sm/saat təş-kil edir. Uşaqlıq boynu 8-9 sm açıldıqda 
döl başı doğuş yollarında ilk doğanlarda 1sm/saat, təkrar doğanlarda 2 sm/saat sürətlə irəliləyir
Doğuşun aktiv fazasında aşağıdakı fazalar ayırd edilir: – başlanğıc aksellerasiya fazası; mak-simal yüklənmə fazası; ləngimə fazası. 
Ləngimə fazası doğuşun I dövrünün sonuna uyğun gəlir. və uşaqlıq boynu 8-10 sm açılmış olur. 

Yüklə 7,68 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin