TəXİRƏsalinmaz tiBBİ yardimin əsaslari, ÜRƏk- ağCİYƏr reanimasiyasi. YeniDOĞulmuşlarin iLKİn reanimasiyasi



Yüklə 7,68 Mb.
Pdf görüntüsü
səhifə70/141
tarix24.10.2023
ölçüsü7,68 Mb.
#161148
1   ...   66   67   68   69   70   71   72   73   ...   141
DƏRSLİK

braxisefalik 
forma alır (şəkil: 5-16). 
a) b) 
Şəkil:5-16.
a) dolixosefaliya; b) braxisefaliya 


41 
Normal doğuşda başın konfiqurasiyası kəskin olmur, yenidoğulmuşun sağlamlığına və inkişa-
fına təsir etmir.
Döl qovuğu tam olduqda döl başı və gövdəsi sancılar zama-nı eyni təzyiqə məruz qalır. Dölyanı 
maye axdıqdan sonra təmas kəmərindən aşağıda yerləşən gəliş hissə atmosfer təzyiqinə, yuxa-
rıda yerləşən hissəsi və gövdə sancılar zamanı yaranan daha bö-yük təzyiqə məruz qalır. 
Nəticədə başın aşağı hissəsindən venoz qanın axması çətinləşir, qanın maye hissəsi damar 
divarlarından ətraf toxumalara süzülür və ödem əmələ gətirir. 
Bu doğum şişi 
adlanır.
Baş gəlişlərində doğum mexanizmindən asılı olaraq doğum şişi başın müxtəlif hissələrində 
əmələ gəlir və 
baş şişi 
adlanır (şə-kil:5-17). Susuz dövr (dölyanı mayenin axması ilə doğuşun 
qurtar-
ması arasındakı vaxt) nə qədər uzun olarsa doğum şişi bir o qədər böyük olur. Ön ənsə 
gəlişində doğum şişi kiçik əmgək nahiyyəsin-də əmələ gəlir və təpə sümüklərinə yayılır. I 
mövqedə doğum şişi ən çox sağ, II mövqedə sol təpə sümüyünə yayılır. Üz gəlişində doğum şişi 
üzdə, çanaq gəlişlərində sağrıda olur. Normal doğuş-larda şiş böyük ölçülərə çatmır və 
doğuşdan bir neçə gün sonra özbaşına keçib-gedir. Sürətli doğuşlarda, döl kiçik olduqda doğum 
şişi əmələ gəlməyə bilər.
Baş doğum yollarından çətinliklə keçdikdə, operativ doğuşlarda başda qanlı şiş – 
kefalohe-
matoma 
əmələ gəlir. Kefalohematoma sümüküstlüyünün altına qansizma nəticəsində yaranır. 
Bu yumşaq qeyri-düzgün formalı şişkinlikdir və ancaq bir sümüyün sərhəddini əhatə edir. Baş 
şişindən fərqli olaraq tikiş və əmgəklərin xəttini keçmir. Kefalohematoma flüktasiya edir, 
doğuşdan sonra bir həftə və daha artıq qalır. 


Yüklə 7,68 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin