Arxa ənsə gəlişində doğuşun biomexanizmi Arxa görkəmdə ənsə gəlişi bütün doğuşların 1-2%-ni təşkil edir. Arxa ənsə gəlişinin
əmələ gəlməsində ana və döldə olan bəzi səbəb-lər rol oynayır.
Döl tərəfdən olan səbəblərə başın ölçülərinin kiçik olması, yetişməmiş döl, boyun fəqərələri-nin çətin bükülməsi, döldə qalxanabənzər
vəzi şişləri və s. aiddir.
Ana tərəfindən olan səbəblərə doğuş yollarının xüsusilə, çanaq sümüklərinin quruluş anoma-liyaları, çanaq dibi əzələlərinin
patologiyaları, doğum gücü zəifliyi və s. aiddir.
Doğuşun əvvəlində ənsənin öndə və ya arxada olmasından asılı olmayaraq çox vaxt doğuş ön gökəmdə başa çatır. Baş 1350 dönərək
ön görkəmə keçir 1% hallarda döğuş arxa gör-kəmdə başa çatır.
Arxa ənsə gəlişi zamanı doğuşun biomexanizmində 5 mərhələ ayırd edilir.
I mərhələ başın bükülməsi və kiçik çanaq girəcəyinə daxil olması. Ön ənsə gəlişində olduğu kimi olur: başın oxabənzər tikişi çəp
ölçüyə uyğun gəlir, kiçik əmgək arxaya yönəlir, ötürücü nöqtə-dir.
II mərhələ başın daxili (düzgün olmayan) dönüşü. Bu mərhələdə döl başının dönməsi sayə-sində ənsə nahiyyəsi omaya, böyük əmgək
simfizə yönəlir. Böyük əmgəklə kiçik əmgək arasında yerləşən təpə ötürücü nöqtədir. Bu zaman baş çanaq müstəvisindən orta çəp ölçü
(10,5 sm) ilə hərə-kət edir. Bu da arxa ənsə gəlişində doğuşu nisbətən ağırlaşdırır. Döl başının dönməsi çanaq çıxaca-ğında başa çatır.
Oxabənzər tikiş çanaq çıxacağının düz ölçüsünə uyğun gəlir.
Şəkil:5-14 .Arxa ənsə gəlişində ənsənin ön görkəmə keçməsi
III mərhələ başın maksimal bükülməsi . Alının tüklü hissəsinin sərhəddi qasıq birləşməsi-nin aşağı kənarına çatdıqda ( birinci istinad
nöqtəsi) başın əlavə maksimal bükülməsi baş verir.
IV mərhələ başın açılması. Ənsəaltı çuxur büzdümün zirvəsinə dirənir və ikinci istinad nöq-təsinə çevrilir. Baş doğularkən cinsiyyət
yarığından dölün üzü görünür.