TəXİRƏsalinmaz tiBBİ yardimin əsaslari, ÜRƏk- ağCİYƏr reanimasiyasi. YeniDOĞulmuşlarin iLKİn reanimasiyasi



Yüklə 7,68 Mb.
Pdf görüntüsü
səhifə67/141
tarix24.10.2023
ölçüsü7,68 Mb.
#161148
1   ...   63   64   65   66   67   68   69   70   ...   141
DƏRSLİK

III mərhələ 
(şəkil:5-12) başın açılması (deflexio s. extensio capitis) kiçik çanaq çıxacağı müs-təvisində baş verir. Baş köndələn və ya 
alın oxu ətrafında firlanıb, açılır. Başın açılma dərəcəsi 120-1300-li bucağa uyğyn gəlir. Başın açılması iki qarşılıqlı perpendikulyar 
qüvvələrin təsirindən baş ve-rir. Bir tərəfdən dölün onurğası ilə ötürülən qovucu qüvvələr (uşaqlıq və qarın pressinin yığılması) dö-lü oma 
zirvəsinə və büzdümə tərəf qovur. Digər tərəfdən çanaq dibi əzələləri başın hərəkətinə müqa-vimət göstərir, onu önə vulvar həlqəyə 
doğru itələyir. Beləliklə, çanaq dibi sərhəddindən başlayaraq vulvar həlqəyə doğru çanaq oxu boyu hərəkət edən ötürücü nöqtə vulvar 
həlqəyə çatanda başın açıl-ması nəticəsində parabola cızır. Nəticədə baş bükülmüş vəziyyətdən açılmış vəziyyətə keçir.
Vulvar h
əlqəyə çatanda, başın açılması maksimuma çatır. Bu ənsəaltı çuxur qasıq qövsünün altına keçib istinad nöqtəsi əmələ 
g
ətirdikdən sonra baş verir. İstinad (fiksasiya) nöqtəsi ətrafında baş açıldıqca əvvəlcə alın, sonra üz, çənə, yəni bütün baş doğulur. 
Ənsəaltı çuxur dayaq nöqtəsi, is-tinad nöqtəsi, fiksasiya nöqtəsi və ya hipomoxlin adlanır. Açılma prosesində başın doğulması tədri-cən 
baş verir: əvvəlcə başın cinsiyyət yarığını oyması, sonra yarması və nəhayət gücvermələrin bi-rində vulvar həlqənin maksimal 
gen
əlməsində (anus da açılır) başın doğulması. Ön ənsə gəlişində baş kiçik çəp ölçüsü ilə (9,5 sm, çevrəsi 32 sm) vulva müstəvisindən 
xaric olur.
IV mərhələ 
gövdənin daxili, başın xarici dönüşü (rotatio trunci interna et rotatio capitis exter-na). Baş açıldıqdan sonra dölün çiyinləri 
çanağın enli müstəvisindən dar müstəvisinə keçməyə və bu müstəvilərin maksimal ölçülərində yerləşməyə çalışır və dönmə hərəkətləri 
edir. Çiyinlər dönmə hə-rəkəti edərkən ardıcıl şəkildə köndələn ölçüdən çəp ölçüyə, sonradan kiçik çanaq çıxacağının düz ölçüsünə 
keçirlər (şəkil:5-12). Çiyinlərin daxildə dönməsi doğulan başa ötürülür, nəticədə baş xarici dönüşünü edir. Döl başının xarici dönüşü 
dölün mövqeyinə uyğun baş verir: belə ki, I mövqedə ba-şın ənsə nahiyyəsi ananın sol, üzü sağ tərəfinə dönür, II mövqedə əksinə. 
Başın xarici dönüşü başa çatdıqdan sonra dölün çiyini simfizin altına keçir və yeni (II) istinad nöqtəsi əmələ gəlir (şə- kil: 5-12). Dölün 
gövdəsi bu nöqtə ətrafında bükülür (döş nahiyyəsində) ilk növbədə arxa çiyin, ar-xa qol azad olur. Sonra qasığın altından ön çiyin, ön qol 
və dölün bütün bədəni doğulur (şəkil:5-12). Beləliklə, döl ön ənsə gəlişində doğularkən 4 fırlanma hərəkəti edir: I mərhələdə baş öz 
köndələn oxu ətrafında fırlanıb bükülür; II mərhələdə öz şaquli oxu ətrafında fırlanıb daxili dönüş edir, bu ça-naq ölçülərinə uyğunlaşması 
hesabına baş verir; III mərhələdə baş köndələn oxu ətrafında fırlanıb açılır, bu maili müstəviyə malik olan çanaq dibinin ənsəni itələməsi 
hesabına olur; IV mərhələdə baş və gövdə öz şaquli oxu ətrafında fırlanır, baş xarici, çiyinlər daxili dönüşünü edir, bu da çiyinlə-rin 
çanaq müstəvilərinə uyğunlaşmasıdır.

Yüklə 7,68 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin