TəXİRƏsalinmaz tiBBİ yardimin əsaslari, ÜRƏk- ağCİYƏr reanimasiyasi. YeniDOĞulmuşlarin iLKİn reanimasiyasi



Yüklə 7,68 Mb.
Pdf görüntüsü
səhifə64/141
tarix24.10.2023
ölçüsü7,68 Mb.
#161148
1   ...   60   61   62   63   64   65   66   67   ...   141
DƏRSLİK

 
Şəkil:5-10
. Ön 
ənsə gəlişi I mövqedə doğuşun mexanizmi: A-baş büküşmüş vəziyyətdə çanaq girəcəyi üzərindədir;
B-
və C başın daxili dönüşü; D-ənsənin qasıq qövsü altında fiksasiysı və başın açılması 
Yenidoğulmuş doğulan kimi qışqırır, ilk dəfə nəfəs alır, dərisi çəhrayılaşır, ətraflarını aktiv hərəkət etdirir.
Doğan qadın intensiv əzələ işindən sonra dincəlir. Doğuşdan sonra qadın üşütmə hiss edir. Bu qüvvətli gücvermələr zamanı böyük 
enerji itkisi ilə əlaqədardır. 
Son dövrü 
 
 
Son dövrü, döl doğulduqdan son doğulana qədər olan dövrdür. Bu dövrdə: cift və döl qişala-rının uşaqlıq divarından ayrılması; sonun 
doğum yollarından qovulması baş verir.
Döl doğulduqdan sonra uşaqlıq bir müddət tonik gərginlik vəziyyətində olur 
(nisbi sakitlik dövrü)
. Sonra uşaqlıq yığılmağa başlayır 
(son sancıları)
. Bu zaman uşaqlığın bütün sahəsi, cift meydançası da yığılır. Cift yığılma qabiliyyətinə malik deyil, ona görə də uşaqlıq 


əzələləri yığıl-dıqda o, büzüşür, yerini dəyişir. Hər yığılmada cift sahəsi kiçilir, onda qırışlar əmələ gəlir, uşaqlıq boşluğuna doğru qabarır 
və nəhayət uşaqlıq divarından qopur. Cift uşaqlıq divarından qopan zaman uşaqlıq dibi göbəkdən yuxarı, qarın boşluğunun bir tərəfinə 
qalxır. 
Şəkil:5-11. 
Ciftin ayrılması: A- mərkəzdən( Şults üsulu); B- kənardan( Dünkan üsulu) 
Ciftin uşaqlıq divarından qopması iki üsulla olur: mərkəzdən; kənardan. Birinci üsulda 
(Şults üsulu) 
əvvəlcə ciftin mərkəzi hissəsi ayrılır. 
Uşaqlıq ilə cift arasında əlaqə pozulduğundan qırılmış damarlardan axan qan, ciftlə uşaqlıq divarı arasına yığılır. Nəticədə ciftlə uşaqlıq 
divarı arasında 
retroplasentar hematoma 
əmələ gəlir (şəkil:5-11 A). Hematoma böyüdükcə cifti itələyir, uşaqlıq boşluğuna doğru 
qabardır və nəhayət cift ayrılır, qişalarla birlikdə doğulur. Cift xaricə döl səthi ilə xaric olur. Qişalar çevrilib: xaricdə su, daxildə desidual 
qişa. Çevrilmiş qişalar ciftin ana səthində olur. İkinci üsülda 
(Dünkan üsulu) 
ciftin ayrılması periferiyadan başlayır (adətən aşağı 
kənardan). Bu zaman hematoma əmələ gəlmir, qan ciftlə uşaqlıq divarı arasından aşağı süzülür (şəkil:5-11 B). Hər sancı zamanı ciftin 
daha böyük hissəsi ayrılır. Nəhayət o qopur, qişaları da ayırır və onlarla bir-likdə doğulur. Cift aşağı kənarı ilə doğulur, qişalar ana 
bətnindəki sırasını saxlayır (daxildə su, xa-ricdə desidiual qişa).
Uşaqlıq-cift damarları zədələndiyi üçün, cift ayrılması müəyyən qan itkisi ilə nəticələnir. Nor-mada itirilən qanın miqdarı 100-250 ml olur 
və qadının ümumi vəziyyətinə mənfi təsir göstərmir. 
Qan itkisi maksimal 400 ml olur. Ümumiyyətlə, qan itkisinin həcmini düzgün hesablamaq lazımdır. Doğuş zamanı itirilən qanın həcmi 
qadının bədən kütləsinin 0,5%-dən çox olmamalıdır.
Son doğulduqdan sonra uşaqlıq uzunmüddətli yiğılma vəziyyətində olur. Yığılmış əzələ lifləri damar mənfəzini sixir, bu da qanaxmanı 
dayandırır. Yığılmış uşaqlıq bərk olur və onun dibi qasıqla göbək arasında yerləşir. Bu dövrdə qadının nəbzi, tənəffüsü normallaşır, 
qadın sakitləşir, bəzən üşütmə müşahidə edilir. 

Yüklə 7,68 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin