TəXİRƏsalinmaz tiBBİ yardimin əsaslari, ÜRƏk- ağCİYƏr reanimasiyasi. YeniDOĞulmuşlarin iLKİn reanimasiyasi



Yüklə 7,68 Mb.
Pdf görüntüsü
səhifə60/141
tarix24.10.2023
ölçüsü7,68 Mb.
#161148
1   ...   56   57   58   59   60   61   62   63   ...   141
DƏRSLİK

Açılma dövrü 
daha çox davam edir: ilk doğanlarda 10-12 saat, təkrar doğanlarda 6-9 saat.
Qovulma dövrü 
ilk doğanlarda 2-3 saat, təkrardoğanlarda 30-60-dəq davam edir.
Son dövrü 
15-
60 dəq, təxminən 30 dəq davam edir.
Davametmə müddətinə görə normal, sürətli və ildırımvari doğuşlar ayırd edilir. Sürətli doğuş ilk doğanlarda 4 saat, təkrar doğanlarda 2 
saatdan az müddət davam edir.
 
 
 
 
Açılma dövrü
Açılma dövrü ilk doğuş sancılarından başlayıb, uşaqlıq boynunun tam açılması ilə başa çatır. Bu dövrdə doğum yolları dölü bütün 
törəmələri ilə keçirməyə hazırlanır.
Uşaqlıq boynunun açılması sancılar hesabına başa çatır. İlk doğanlarda və təkrar doğanlarda uşaqlıq boynunun açılmasının öz 
xüsusiyy
ətləri var: ilk doğanlarda əvvəlcə daxili dəlik açılır, sonra uşaqlıq boynunun hamarlaşması, qısalması və xarici dəliyin açılması 
baş verir; təkrar doğanlarda xari-ci və daxili dəlik eyni zamanda açılır, uşaqlıq boynu paralel hamarlaşır, qısalır, nazikləşir (şəkil: 5-7).
Hər sancı zamanı uşaqlıq boynu daha da açılır. Uşaqlıq boynunun açılması nəticəsində dölyanı mayenin uşaqlıq boynuna doğru 
yerdəyişməsi baş verir. Uşaqlıq dibi və uşaqlıq divarından eyni qüv-vəli təzyiqin olması suların xarici dəliyə doğru yönəlməsinə səbəb 
olur. Suyun təzyiqi altında döl yu-murtasının aşağı qütbü uşaqlıq divarından ayrılır və uşaqlıq boynu kanalında yerləşir. Döl yumurtası-
nın aşağı qütbündəki bu hissə dölyanı maye ilə birlikdə 
döl qovuğu 
adlanır. Hər sancı zamanı döl qo-vuğu daha çox servikal kanala 
keçir və onu genişləndirir. Sancılar dölyanı mayenin aşağı qütbə axma-sına döl qovuğunun gərginləşməsinə səbəb olur. Pauzalarda 
mayenin bir hissısi geri qayıdır və döl qo-vuğunun gərginliyi azalır. Bu döl başı kiçik çanaq girəcəyinə dirənənə qədər davam edir. 


A 1) 2) 3) 
B 1) 2) 3) 


Yüklə 7,68 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin