Şəkil:5-20 . Başın çanaq müstəvilərinə münasibəti: (-3) döl başı kiçik çanaq girəcəyi üzərindədir; (-2) baş girəcəyə sıxılıb; (-1) baş kiçik
seqmentlə kiçik çanağa keçib; (0) baş böyük seqmentlə kiçik çanağa keçib; (+1) baş çanaq boşluğunun geniş hissəsindədir; (+2) baş
çanaq boşluğunun dar hissəsindədir; (+3) baş çanaq çıxacağındadır.
Uşaqlıq yolu müayinəsi doğan stasionara daxil olduqda və hər 3-4 saatdan bir aparılır. Bun-dan başqa dölyanı maye axdıqdan sonra,
doğuş fəaliyyəti başladıqda, dinamikasında dəyişiklik baş verdikdə, ağrısızlaşdırmadan əvvəl, qanlı ifrazat müşahidə edildikdə daxili
müayinənin aparılması göstərişdir. Uşaqlıq yolu müayinəsi zamanı infeksiyalaşma riski böyük olduğundan, müayinə asep-tika və
antiseptika qaydalarına ciddi əməl olunmaqla və tezliyi maksimal məhdud olmaqla aparıl-malıdır. Uşaqlıq yoly müayinəsi ilə doğum
yollarının və çanaq dibinin vəziyyəti, uşaqlıq yolunun (doğmuş, doğmamış, yumşalmış, çapıqların olub-olmaması), uşaqlıq boynunun
(uzunluğu, konsis-tensiyası, açıqlıq dərəcəsi, yetişkənliyi) döl qovuğu və gəliş hissənin vəziyyəti aydınlaşdırılır.
Təkrari vaginal müayinələrdə uşaqlıq boynunun açılma tempi öyrənilir. Servikal kanaldan bir barmaq keçirsə kanal 1,5-2 sm açılmışdır.
Açılma dövrünün latent fazasıdır. Latent faza 8 saatdan çox davam etməməlidir. 2 barmaq keçirsə artıq aktiv fazanın başlanğıcıdır.
Daxili müayinə ilə döl qovuğunun vəziyyəti də nəzarətdə saxlanılır. Döl qovuğu tamdırsa onun gərginliyi, yırtılmışsa döl-yanı mayenin
səffaflığı, qan və ya mekoniumun qarışıb-qarışmaması aydınlaşdırılr.
Doğuşun birinci dövründə mühüm mə-sələlərdən biri dölün ürək döyüntülərinin adi auskultasiya və ya mürəkkəb cihazların kö-məyi ilə
izlənməsidir. Hər 30 dəqiqədən bir dölün ürək döyüntülərinə qulaq asmaq lazım-dır. Ürək vurğularının normal sayı dəqiqədə 110-160
vurğu hesab edilir. Dölün ürək dö-yüntülərinin bir dəqiqədə 110 vurğudan az və ya 160 vurğudan çox olması dölün hipoksiya-sından
xəbər verir. Dölün ürək ritminin po-zulması aritmiya adlanır.
Qeyd etmək lazımdır ki, sancılar zamanı ana və döl arasındakı qan dövranında müvəqqəti dəyişikliklər baş verir: dölün oksigenlə
təchizatı pislə-şir, carbon qazının miqdarı artır, döl qanının PH-7,2-dən aşağı olur. Bu da dölün ürək döyüntülərinin artmasına və ya
azalmasına səbəb olur. Sancılardan bir dəqiqə sonra dölün ürək döyüntüləri əvvəlki rit-minə qayıdır. Ona görə də dölün ürək
döyüntüsünü düzgün qiymətləndirmək üçün ürək vurğularına san-cı zirvəsindən sonra qulaq asmaq və vurğuları dir dəqiqə müddətində
saymaq lazımdır.
Hal-
hazırda doğuş zamanı dölün ürək fəaliyyətinə manitor nəzarətə və eyni zamanda uşaqlıq yığılmalarını qeydə alınmasına imkan
verən üsullardan istifadə edilir. Bu üsullardan biri kardioto-koqrafiyadır. Kardiotokoqrafiya zamanı iki xarici ötürücüdən istifadə olunur.
Onlardan biri uşaqlı-ğın dibinə (əzələ yiğilmalarının başladığı yerə), ikincisi dölün ürək döyüntüsü eşidilən yerə qoyulur. KTQ zamanı
eyni vaxtda dölün ürək döyüntüləri və uşaqlıq yığılmaları qeydə alınır.