Mamalıq və ginekoloji praktikada təxirəsalınmaz yardım Mamalıq və ginekoloji praktikda qanaxmalar və təxirəsalınmaz yardım Uşaq doğma funksiyası ilə bağlı uşaqlıqdan və reproduktiv sistemin başqa orqanlarından olan qanaxmalar mamalıq qanaxmaları
adlanır. Mamalıq qanaxmaları ana və perinatal ölüm törədən səbəblərdən birincisidir.
Təsnifatı: Erkən və gecikmiş mamalıq qanaxmaları ayırd edilir.
I. Səbəbinə görə: 1. Hamiləliyin I yarısının qanaxmaları: hamiləliyin pozulma variantları (düşüklər, beçəxor, ektopik hamiləlik), poliplər, uşaqlıq
boynunun erroziyası və uşaqlıq boynunun, uşaqlıq yolunun damarlarının valikoz genəlməsi
2. Hamiləliyin II yarısının qanaxmaları: yuxarıda sayılanlardan başqa, cift gelişləri və ciftin vaxtından əvvəl ayrılması.
3. Doğuşun I dövrünün qanaxmaları: cift gəlişləri, normal yerləşmiş ciftin vaxtından əvvəl ayrılması uşaqlıq boynunun və cisminin
zədələri
4. Doğuşun II dövrünün qanaxmaları: uşaqlıq və başqa cinsiyyət orqanlarının cırıqları
5. Doğuşun III dövrünün qanaxmaları: ciftin birləşmə və ayrılma patologiyaları, ciftin doğulmasının pozulmaları, doğum yollarının və
uşaqlığın cırılması
6. Erkən zahılıq dövrünün qanaxmaları: uşaqlığın yığılma qabiliyyətinin pozulması, qanın laxtalanma pozğunluqları, uşaqlığın
cırılması, doğum yollarının zədələnmələri
7. Gecikmiş zahılıq qanaxmaları: cift hissəsinin uşaqlıqda qalması
II. Qanitirmənin həcminə görə :
1.Kəskin qanitirmə
2.Massiv qanitirmə sindromu
3.Hemorragik şok Bəzən mamalıq qanaxmaları YDL (yayılmış damardaxili laxtalanma sindromu) adlanan koaqulopatiya nəticəsində baş verir.
Hamiləliyin I yarısının və ya erkən mamalıq qanaxmaları Hamiləliyin erkən dövründə baş verən qanaxmalar aşağıdakı səbəblərdən yaranır: