TəXİRƏsalinmaz tiBBİ yardimin əsaslari, ÜRƏk- ağCİYƏr reanimasiyasi. YeniDOĞulmuşlarin iLKİn reanimasiyasi



Yüklə 7,68 Mb.
Pdf görüntüsü
səhifə83/141
tarix24.10.2023
ölçüsü7,68 Mb.
#161148
1   ...   79   80   81   82   83   84   85   86   ...   141
DƏRSLİK

Abuladze üsulu. 
Sidik kisəsi boşaldılır, qarın divarı iki əllə orta xətt boyu şaquli tutulur ki, qarının düz əzələləri bir-bi-rinə yaxınlaşsın. 
Qarın boşluğunun həcmi azaldığından son do-ğulur (şəkil:5-29 a).
Krede-Lazareviç üsulu. 
Uşaqlıq orta vəziyyətə gətirilir, yüngül massajla onda yığılma yaradılır. Sonra dörd barmaq ar-xada, baş 
barmaq öndə olmaqla uşaqlıq dibi tutulur, ön-arxa is-tiqamətdə sıxılır, eyni zamanda ovucun daxili səthi ilə yuxarı-dan aşağı təzyiq edilir 
(şəkil:5-29 b)
Henter üsulu. 
Uşaqlıq dibi orta vəziyyətə gətirilir. Həkim üzü qadının ayaqları istiqamətdə olmaqla onun yanında durur: bükülmüş əllərin 
arxa s
əthini uşaqlıq dibinin küncləri nahiyyəsinə qoyur, aşağı və daxilə doğru təzyiq edir. Bu zaman qadın güc-verməlidir.
Qeyd etmək lazımdır ki, bu üsullar müasir mamalıqda istifadə olunmur.
Bəzən uşaqlıq boynun spazmı nəticəsində ciftin doğulması ləngiyir. Bu ciftin 
boğulması 
adla-
nır. Belə halda doğana azotla oksigen 
qarışığı (2:1və ya 3:1) verilir, uşaqlıq boynunun spazmı götü-rülür, cift doğulur (şəkil:5-31).
Ciftin ayrılması yubandıqda və ya cift bitişməsi olduqda əl yardımı və ya cərrahi müdaxilə edilir. Cift birləşməsi və həqiqi cift bitişməsi 
kimi ağır patologiyalara əvvəllər uşaqlığın iltihabı olan qadınlarda rast gəlir.
Cift birləşməsi zamanı xorion qişanın xovları selikli qişanın bazal qatına da keçir, bazal və desidual qişanı nazikləşdirir. Cift birləşməsi əl 
yardımı ilə ayrılır (Bax “Operativ mamalıq”) 
Qişaların doğulması ləngidikdə (Henter üsulun) cift doğulduqdan sonra doğana ayaqlarını yerə dirəyib, çanağını qaldırmaq təklif olunur. 
Bu zaman cift sallanır və öz ağırlığı ilə qişaları qo-parır (şəkil:5-32 b). 
Şəkil: 5-32. 
Ciftin və qişaların tamığının yoxlanılması:a) ciftin yoxlanması;
b) 
döl qişasının tamlığının yoxlanması; c) əlavə paycıq 
Cift v
ə qişaların tamlığına əmin olmaq üçün həkim sonu müayinə edir. Bundan ötrü cift ana səthi yuxarı olmaqla, hamar siniyə qoyulur və 
cift toxumasının tamlığı diqqətlə öyrənilir. Ciftin paycıqları tam olmalı, paycıqlar arası şırımlar aydın bilinməlidir. Ciftin səthi hamar, 
bozumtul r
əng-də nazik desidual qişa ilə örtülü olur. Ciftin kənarları diqqətlə müayinə olunmalıdır. Bütöv ciftin kənarları hamar olmalı 
onlarda şaxələnən qırılmış damarlar olmamalıdır. Ciftə baxış zamanı onun to-xumasında olan dəyişikliklərə fikir vermək lazımdır: 
kalsifikatların, piy törəmələrinin, köhnə qan laxtalarının olub-olmaması aydınlaşdırılmalıdır. Sonra cift qişaları müayinə olunmalıdır. 
Bunun üçün cift ana s
əthi ilə aşağı, döl səthi ilə yuxarı olmaqla çevrilir. Döl qovuğunun yırtılmış kənarları barmaqlar arasında tutulur və 
bir-birin
ə yaxınlaşdırılır, döl yumurtasının əvvəlki kamerasını bərpa etməyə çalışılır. Su qişasının və xovlu qişanın tamlığı yoxlanılır, 
qişalar arasında cift kənarlarından gələn damar qırıqlarının olub-olmaması aydınlaşdırılır. Belə damarların olması əlavə paycığın oldu-
ğuna və onun uşaqlıq boşluğunda qaldığına şübhə yaradır.


49 
Qişalar müayinə olunarkən yırtıldığı yer də müəyyənləşdirilir. Bu yer ciftə nə qədər yaxın ol-sa bir o qədər cift aşağıda yerləşibmiş.
Ciftin tamlığının yoxlanmasının böyük əhəmiyyəti vardır (şəkil:5-29). Cift tikəsinin uşaqlıq boşluğunda ləngiməsi təhlükəli ağırlaşmadır. 
Belə halda uşaqlıq qanaxmaları olur, hətta bu qanax-malar qadının həyatı üçün təhlükə yaradır. Uşaqlıqda qalmış cift tikəsi zahılıq 
septik xəstəliklərinin əmələ gəlməsinə səbəb olur. Ona görə cift defekti aşkar olunan kimi, əl yardımı ilə cift tikəsi kənar edilməlidir. Əgər 
uşaqlıq boşluğunda qişa tikəsi qalıbsa, onu əllə çıxarmağa ehtiyac yoxdur o, uşaq-lıq ifrazatı ilə xaric olacaq.
Müayinə olunan ciftin çəkisi, ölçüləri müəyyən edilir. Alınan nəticələr doğum tarixinə qeyd edilir. Cift müayinə olunduqdan sonra son 
dövründə itirilən qanın miqdarı ölçülür.
Son doğulduqdan sonra xarici cinsiyyət üzvləri, aralıq, budların daxili səthi ilıq zəif dezin-feksiyaedici məhlullarla yuyulur, steril salfetlə 
silinir. Sonra doğuş yollarına baxış keçirilir. Əvvəl xarici cinsiyyət üzvləri və aralıq yoxlanılır, sonra cinsiyyət dodaqları steril tamponla 
aralanaraq, uşaqlıq yolu girəcəyi müayinə olunur. Güzgülər vasitəsi ilə uşaqlıq boynu (xüsusilə ilk doğanlarda və cərrahi müdaxilə 
olunanlarda) yoxlanılır.
Doğuş yollarındakı yumşaq toxuma cırıqları infeksiya qapısıdır. Aralıq cırıqları cinsiyyət or-qanlarının enməsinə və sallanmasına səbəb 
olur. Uşaqlıq boynu cırıqları isə uşaqlıq boynunun çev-rilməsi, xroniki endoservisit, eroziya və s. səbəb olur. Bundan başqa uşaqlıq 
boynunda əmələ gəl-miş çapıq gələcək doğuşlarda uşaqlıq boynu çatışmazlığına səbəb olur. Uşaqlıq boynu kanalı nor-mal açılmır. 
Uşaqlıq boynundakı bütün bu proseslər gələcəkdə uşaqlıq boynu xərçənginə səbəb ola bilər. Ona görə də bütün cırıqlar aşkarlanıb 
tikilməlidir.
Hal
–hazırda ÜST-nın tövsiyyələrinə əsasən doğuşdan sonrakı ilk saat ərzində kafi vəziyyətdə olan yenidoğulmuşlar döşə qoyulmalıdır 
və “ağız südü”ilə qidalanmalıdır. Erkən döşə qoyulma süd vəzisi giləsinin stimullaşmasına, uşaqlığın yiğılmasına, qan itkisinin 
azalmasına səbəb olur. Ana ilə yenidoğulmuş arasında yaranan “dəri kontaktı”nın bir sıra üstünlükləri vardır: bu ana ilə döl arasın-da 
psixoloji mühiti yaxşılaşdırır, yenidoğulmuşun bədən hərarətini tənzimləyir, yenidoğulmuşu xəs-təxanadaxili bakteriyalarla deyil ana 
orqanizmi bakteriyaları ilə kolonizasiya edir.
Zahı və yenidoğulmuş doğuşdan sonra 2 saat ərzində doğuş zalında mamanın nəzarəti altında saxlanılır. Əgər hər hansı ağırlaşma 
qeyd olunmursa, qadın zahılıq şöbəsinə, yenidoğulmuş neonatoloji şöbəyə köçürülür. 

Yüklə 7,68 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin