TəXİRƏsalinmaz tiBBİ yardimin əsaslari, ÜRƏk- ağCİYƏr reanimasiyasi. YeniDOĞulmuşlarin iLKİn reanimasiyasi



Yüklə 7,68 Mb.
Pdf görüntüsü
səhifə82/141
tarix24.10.2023
ölçüsü7,68 Mb.
#161148
1   ...   78   79   80   81   82   83   84   85   ...   141
DƏRSLİK

Kalman 
əlaməti 
d
ə deyilir.
Davjenko əlaməti. 
Doğan dərindən nəfəs aldıqda göbək ciyəsi daxilə dartılmırsa, cift ayrılıb.
Simfizin üstündən qabarmanın əmələ gəlməsi. 
Cift ayrılıb uşaqlığın aşağı seqmentinə dü-şür. Bu, aşağı seqmentin divarını, qarın 
divarı ilə birlikdə qabardır.
Ştrassman əlaməti. 
Göbək ciyəsi sol əllə sıxacdan yuxarıda tutulur, sağ əllə qarının ön diva-rında perkusiya aparılır. Əgər cift uşaqlıq 
divarından ayrılmayıbsa, hər perkutor hərəkət zamanı (dö-yəcləmə) göbək ciyəsində dalğavari hərəkət (fluktasiya) hiss olunur. Cift 
ayrılıbsa fluktasiya olmur.
Kleyn əlaməti. 
Əgər cift ayrılıbsa göbək ciyəsi xaricə sürüşür və geri qayıtmır.
Qodenbixer əlaməti. 
Cift ayrılmayıbsa, gücvermə zamanı göbək ciyəsinin xarici ucu öz oxu ətrafında fırlanır. Bu göbək ciyəsi venasının 
qanla dolması hesabına baş verir.
Adətən ayrılmış cift 1-2 gücvermədən sonra qişalar və göbək ciyəsi ilə birlikdə doğulur.
Müasir mamalıqda ciftin doğulması üçün göbək ciyəsinin nəzarət edilən traksiya-sı üsulundan istifadə olunur. Uşaq doğulan-dan dərhal 
sonra uşaqlıq palpasiya olunur. Uşaqlıqda başqa döl yoxdursa qadına əzələ daxilinə 10 TV və ya vena daxilinə 5 TV ok-sitosin vurulur. 


Göbək ciyəsindəki sıxac ara-lığa yaxın yerə köçürülür. Bir əllə göbək ci-yəsi tarım tutulur (dartılmır). Digər əllə sim-fizin üzərindən 
uşaqlıq tutulur ki, sabit və-ziyyətdə qalsın. Göbək ciyəsinin xarici his-səsinin uzandığını və uşaqlığın girdələşıb bər-kidiyini (yığıldığını) 
hiss etdikdən sonra qadı-na gücvermək təklif olunur və göbək ciyəsi ehtiyyatla dartılır, ikinci əl uşaqlığı əks tərəfə itələyir. Bu uşaqlığın 
çevrilməsinin qarşısını alır. 30-40 san. ərzində cift doğulmasa traksiya dayandırılır. Göbək ciyəsi yenə tarım vəziyyətdə sax-lanılır. 
Uşaqlığın növbəti yığılması zamanı uşaqlığa əks təzyiq göstərməklə göbək ciyəsinin nəzarət olunan traksiyası təkrarlanır (şəkil:5-30). 
Yaxşı yığılmış uşaqlığa əks təzyiq etmədən göbək ciyəsini dartmaq olmaz.
Doğulan cift iki əllə tutulur və bir istiqamətdə fırladılır. Bu döl qişalarının zədələnmədən, tam doğulmasına imkan yaradır (şıkil:5-32 a). 
Cift doğulan kimi qarının ön divarından uşaqlığın massa-jı aparılmalıdır. Zahılıq dövrünün birinci saatında massaj hər 15 dəqiqədən, 
ikinci saatında hər 30 dəqiqədən bir təkrarlanır.
Əvvəllər ciftin doğulması ləngidiyi hallarda yuxarıdakı əlamətlərlə ciftin ayrılması təsdiqlənir və onun doğulması üçün tədbirlər görülürdü. 
Bu məqsədlə bir neçə üsuldan istifadə olu-nurdu.

Yüklə 7,68 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin