Doğuşun II dövrünün (qovulma) idarə olunması Qovulma dövründə qadın orqanizmi böyük gərginliyə məruz qalır: sinir, ürək-damar, əzələ sistemləri, tənəffüs orqanları və başqa
sistemlər artıq yüklə işləyir. Ona görə ürək–damar, ağ ciyər və s. xəstəlikləri olan qadınlarda doğuşun II dövründə ürək fəaliyyətində, qaz
mübadiləsində poz-ğunluqlar ola bilir. Qovulma dövrü uzandıqda, güclü sancılar və gücvermələr uşaqlıq-cift qan döv-ranının
pozulmasına və dölün asfiksiyasına səbəb olur. Ona görə bu dövrdə həm doğan, həm də döl ciddi müşahidə altında olmalıdır.
Mama doğanın ümumi vəziyyətini, dəri və selikli qişalarını, nəbzini, arterial təzyiqini siste-matik nəzarətdə saxlayır. Tez-tez doğanın
əhvalını (başgicəllənmə, baş ağrıları, görmə pozğunluqla-rı və s.) soruşur. Doğum fəaliyyətinin xarakterini, gücünü, davamiyyətini
(gücvermələrin tezliyini), uşaqlığın vəziyyətini nəzarətdə saxlamaq vacibdir.
Palpasiya ilə uşaqlığın yığılma və boşalması, girdə bağların gərilmə dərəcəsi, kontraksion həl-qənin hündürlüyü müəyyənləşdirilir. Aşağı
seqmentin vəziyyətinə (nazikləşmə, ağrı) fikir verilir.
Qovulma dövründə təkrari xarici mamalıq və uşaqlıq yolu müayinələri aparılır və doğum yol-larında gəliş hissənin irəliləməsi izlənilir. III
və IV palpasiya üsulları ilə gəliş hissənin çanaq müstə-vilərinə nisbəti müəyyənləşdirilir. Bu nisbət uşaqlıq yolu müayinəsi ilə daha dəqiq
təyin edilir:
1.Baş çanaq girəcəyindədir, hərəkətlidir və ya kiçik çanaq girəcəyinə dirənib. Simfizin üstün-dən palpasiya aparan əlin bütün barmaqları
başın üzərindədir. Uşaqlıq yolu müayinəsində çanaq boşluğu sərbəstdir, baş hündürdədir, oxabənzər tikiş köndələn ölçüyə uyğun gəlir,
böyük və kiçik əmgəklər eyni səviyyədədir ( ənsə gəlişi).
2.Baş kiçik seqmentlə kiçik çanağa enib, hərəkətsizdir, onun böyük
hissəsi çanaq girə-cəyindən yuxarıdadir, kiçik hissəsi ondan aşa-
ğıdadır. Xarici müayinədə əlin dörd barmağı başın üzərində yerləşir.
Uşaqlıq yolu müayinə-sində oma çökəkliyinin sərbəst olduğu aşkarla-
nır, oma burnu (ona əl çatırsa) əllənir. Simfi-zin daxili səthini müayinə
etmək olur. Oxa-bənzər tikiş köndələn, qismən çəp ölçüdədir.
3.Baş böyük seqmentlə kiçik çanaq boş-luğundadır. Xarici müayinə
zamanı başın üzə-rində iki barmaq yerləsir. Onun böyük bir his-səsi
çanaq girəcəyindən aşağıda yerləşir. Daxi-li müayinədə omanın və
simfizin yuxarı 1/3-i başla tutulub, oma burnu əllənmir, oturaq qa-
barları asanlıqla əllənir. Baş bükülmüşdür kiçik əmgək aşağıda yerləşir,
oxabənzər tikiş köndələn qismən çəp ölçüyə uyğun gəlir.
4.Baş çanağın enli hissəsindədir. Xarici müayinədə başın üzərində bir
barmaq yerləşir. Daxili müayinədə başın böyük hissəsi çanağın enli
hissəsindədir. Simfizin yuxarı 2/3-i, oma çökəkliyinin yuxarı hissəsi
başla tutulub. Oturaq qabarları və IV və V oma fəqərələri əllənir.
Oxabənzər tikiş çəp ölçülərin birindədir.
5.Baş çanağın dar hissəsindədir. Xarici müayinədə baş əllənmir.
Uşaqlıq yolu müayinəsində omanın yuxarı 2/3–i, simfizin bütün səthi
baş ilə tutulub, oturaq qabarları çətinliklə əllənir, baş ça-naq dibinə yaxındır, onun daxili dönüşü hələ başa çatmayıb. Oxabənzər tikiş çəp
ölçülərin birinə uyğun gəlir (düz ölçüyə yaxın).
6.Baş çanaq çıxacağındadır. Xarici müayinədə baş əllənmir. Daxili müayinədə oma çökəkliyi başla tutulub, oturaq qabarları əllənmir.
Oxabənzər tikiş çanağın düz ölçüsündədir.
Normal çanaqda başın hərəkəti ardıcıl olur, onun müstəvilərdən birində yubanması (2 saat-dan çox), dölün qovulmasında hər hansı
maneənin olduğunu və ya doğum fəaliyyətinin zəiflədiyini göstərir.
Doğuşun II dövründə hər gücvermədən sonra dölün ürək döyüntülərinə qulaq asmaq və say-maq lazımdır. Ürək döyüntüləri 5 dəqiqədən
bir və hər gücvermədən sonra sayılmalı və doğum tari-xinə qeyd olunmalıdır.
Doğuşun II dövründə xarici cinsiyyət üzvlərinin vəziyyəti və uşaqlıq yolu ifrazatının xarakteri nəzarətdə olmalıdir. Xarici cinsiyyət
üzvlərində ödemin olması yumşaq toxumaların döl başı ilə ça-naq arasında sıxılmasından xəbər verir. Uşaqlıq yolundan qanlı ifazatın
gəlməsi, ciftin ayrılmağa başladığını və ya yumşaq toxumaların zədələndiyini (cırıqlar, çatlar) göstərir. Dölyanı mayeyə mi-koniumun
qarışması dölün asfiksiyası əlamətidir. Uşaqlıq yolundan irinli ifrazatın gəlməsi infek-siyanın olduğunu göstərir.
Qovulma dövründə doğan, Raxmaninov çarpayısında ona rahat olan vəziyyətdə, adətən arxa-sı üstə ayaqları bud-çanaq və diz
oynağından bükülmüş, yarı oturaq vəziyyətdə uzanır. Çarpayının baş tərəfinin bir qədər yüksəkdə olması, gecvermələri asanlaşdırır,
gəliş hissənin doğum yollarından rahat keçməsinə səbəb olur.
Baş cinsiyyət yarığını yardıqdan sonra mama doğuşu qəbul etməyə hazır olmalıdır. O, əlləri-ni dezinfeksiya edir. Sonra doğanın xarici
cinsiyyət üzvlərini, budun daxili səthini, oturaq və anus nahiyyələrini zəif kalium permanqanat məhlulu ilə yuyur, sreril tənziflə qurulayır
və 5%-li yodun spirtli məhlulu ilə silir. Anal nahiyyəni steril tənzif və ya iri salfet ilə örtür. Omanın altına steril mələfə salır. Doğanı
hazırladıqdan sonra mama yenidən əllərini spirtlə silir, steril xalat və əlcək geyir.