missed düşük adlanır.
Başlanğıc düşük. Başlanğıc düşükdə ağrı və qanaxma sindromu güclü deyil, amma düşük təhlükəsində olduğundan çoxdur. Döl
yumurtasının az hissəsi uşaqlıq divarından ayrılıb, hələ uşaq-lıqdadadır (şəkil:16-1). Ona görə uşaqlığın həcmi hamiləliyin müddətinə
uyğun gəlir. Servikal kanal bağlıdır ya da az açıqdır. Düşüyün bu stadiyasında da düşük təhlükəsində olduğu kimi müalicə apa-rılır. Əgər
qanaxma gücl
ənir və düşük sonrakı stadiyaya keçirsə uşaqlıq qaşınır.
Yolda düşük və ya proqressivləşən düşük. Bu stadiyada döl yumurtası uşaqlıq divarından ayrılır və açılmış servikal kanaldan
xaric
ə qovulur. Uşaqlıq yolu müayinəsində servikal kanalın açılması aşkar olunur və döl yumurtası əllənir. Döl yumurtasının aşağı qütbü
uşaqlıq yoluna keç-miş olur (şəkil:16-1). Yolda düşük (xüs, erkən) adətən güclü qanaxma ilə müşayət olunur. Ayrılmış döl yumurtası
instrumental yolla xaric edilir. Gecikmiş düşüklərdə döl yumurtasının sərbəst doğulmasını gözləmək lazımdır. Lakin güclü qanaxmalar
zamanı döl qovuğu süni surətdə yırtılır, döl doğulduqdan sonra son əllə və ya alətlə kənar edilir.
Natamam düşük. Bu zaman döl yumurtasının bir hissəsi xaric olduğu halda bir hissəsi uşaqlıq boşluğunda qalır. Adətən amnion,
xovlu, desidual qişalar və ya cift və ya onun bir hissəsi uşaqlıq boşluğunda ləngiyir (şəkil:16-1). Natamam düşük qanaxma ilə müşayət
olunur. Qanaxma davamlı, zəif və güclü ola bilər. Bəzən qan laxtaları ilə uşaqlıqda ləngiyən döl qişaları da xaric olur. Servikal kanaldan
bir barmaq keçir. Bu zaman h
əm xarici, həm də daxili dəlik açılmış olur. Uşaqlığın həcmi hamiləliyin müddətinə uyğun gəlmir. O, hissəvi
boşaldığına görə həcmi kiçilir, konsistensiyası yumşaqdır. Uşaqlıqda qalmış döl yumurtası qalıqları həyat üçün təhlükəli qanaxmaya və
infeksion x
əstəliklərə səbəb olur. Ona görə döl yumurtası qalıqları təcili instrumental yolla xaric edilməlidir.