F əsadlaşmamış qızdırmalı düşük zamanı infeksiya uşaqlıqdan kənara çıxmır. Xəstələr hərarət, birdəfəlik üşütmə, baş ağrıları,
qanlı vaginal ifrazatdan şikayət edirlər. Xəstənin ümumi vəziyyəti kafi və ya orta ağırdır. Qanaxma qüclü deyil, amma uzunmüddətlidir.
Müayin
ə zamanı uşaqlıq böyüyüb, ağrılıdır, uşqalıqdan qanlı-irinli ifrazat gəlir. İfrazat bəzən pis iyli olur. Diurez və sidiyin analizində
d
əyişiklik yoxdur. A/T normaldır. Taxikardiya temperatur artımı ilə uyğun gəlir. Təngnə-fəslik aşkar olunmur.
F əsadlaşmış qızdırmalı düşüklərdə infeksiya uşaqlıqdan çıxır. Xəstə ümumi zəiflikdən, baş ağrılarından, iştahanın
azalmasından, yuxunun pozulmasından, ürəkbulanmadan, bəzən qusmadan, qarının aşağı hissəsində ağrıdan və qanlı–irinli ifrazatdan
şıkayətlənirlər. Xəstənin ümumi vəziyyəti intoksikasion sindrom nəticəsində orta ağır və ya ağırdır, bədən temperaturu 39-400C-dir.
X
əstədə tərləmə və kəskin zəifliklə müşayət olunan üşütmə müşahidə edilir. Dəri avazımış, üz hiperemiya-laşmışdir. Nəbz 100 vur/dəq,
t
ənəffüs dəqiqədə 22-26-dir. Xəstədə tormozlanma, ya da eyforiya müşahidə edilir. Toksiki anemiya aşkar olunur.
İnfeksiyalaşmış döl uşaqlıqda olduqda mikrobların artıb-çoxalması toksinlərinin və parçalanma məhsullarının rezorbsiyası davam
edir. Bu v
əziyyəti daha da pisləşdirir.
Müayin
ədə uşaqlıq yumşaqdır, sevikal dəlik 1-2 barmağı buraxır, bəzən döl hissələri əllənir. Sular axmış olur. Uşaqlıq böyüyüb,
yumşaqdır, ağrılıdır, palpasiya zamanı yığılmır. Artımlar ağrılı ödemlidir, peritonun qıcıqlanma əlamətləri müsbətdir. Kiçik çanaqda maye
toplanması hesabına bəzən arxa tağ hamarlaşır. Uşaqlığın hərəkəti ağrılıdir.
A/T normaldır və ya azca artıb, kəskin taxikardiya (100-120 vur/dəq), taxipnoe (dəqiqədə 22-30 tənəffüs) müşahidə edilir. Ürək
tonları karlaşıb, bəzən zirvədə zəif sistolik küy eşidilir. Qara ciyər və dalaq böyüyüb. Qarında köp var.
Qanda toksik xarakterli hipoxrom anemiya, leykositoz, (12-
18 x10 9/l), mülayim limfopeniya, sola meyilli leykositoz müşahidə
edilir.
Sutkalıq diurez azalıb. Sidikdə zülal, tək-tək eritrosit, leykosituriya, hialin silindrlər aşkar olunur.