Doğuşun idarə olunması Adətən normal hamiləliklərdə doğan qadın doğum fəaliyyəti başladıqdan sonra doğum evinə qəbul olunur. Patoloji hamiləliklər zamanı
isə hamilə doğuşa 1-2 həftə qalmış hospitalizə edilir.
Q
əbul şöbəsinə daxil olmuş qadınlar üçün doğum tarixi açılır. Diqqətli ümumi və mama-gi-nekoloji anamnez toplandıqdan sonra, baxış,
ümuni klinik v
ə xarici mamalıq müayinələri aparılır. Alınan məlumatlar doğum tarixinə qeyd edilir. Uşaqlıq boynunun açılma dərəcəsi, döl
başının və-ziyyəti, sancıların xarakteri, doğanın temperaturu, A/T-i partoqramma qeyd edilir.
Qadın məsləhətxanasının göndərdiyi dəyişmə vərəqindəki məlumatlar araşdırılır və müayinə-lərin nəticələri ilə birlikdə analiz edilərək,
doğanın ümumi vəziyyəti (orqan və sistemlərin funksio-nal vəziyyəti) qiymətləndirilir, infeksiyalarla kontaktı öyrənilir, yanaşı gedən
ekstragenital xəstəlik-lər, cinsi orqanların infeksiyaları, dəri xəstəlikləri, araşdırılır, nəbzi sayılır, arteral təzyiqi, tempera-turu ölçülür.
Eləcə də dölün vəziyyəti, mamalq statusu müəyyənləşdirilir. Doğum yollarının və do-ğum fəaliyyətinin vəziyyəti araşdırılir. Vacib olan
labotator müayinələr aparılır (sidikdə zülalın tə-yini, bakrterioloji yaxmaların götürülməsi və s.). Bütün bunlardan sonra doğanın hansı
şöbəyə gön-dəriləcəyinə qərar verilir (I və ya II mamalıq şöbəsi).
Doğanın paltarları dəyişdirilir, mama və kiçik tibb işçisinin müşayəti ilə doğuşa qədər palata-ya keçirilir. Əgər gücvermələr başlayıbsa,
doğan təkərli xərəkdə doğuş zalına aparılır. Qəbul şöbə-sində doğuşa yardım üçün bütün vəsaitlər olmalıdır. Doğana sonrakı yardım
doğuşa qədər palatala-tarda aparılır.
Doğuşun ağrısızlaşdırılması Doğuş – qadın orqanizmi üçün ağrı hissi ilə müşayət olunan fiziki və psixi yükdür. Hələ qədim zamanlardan müxtəlif üsullarla doğuşu
ağrısızlaşdırmağa çalışmışlar (ağac kömürünün tüstü-sü, məstedici içkilər, dualar, qurban verilməsi və s.). İlk dəfə 1849-cu ildə
N.İ.Piraqov mamalıq ma-şaları qoyarkən efir narkozundan istifadə etmişdir. D.Simpson dölü ayaq gəlişinə gətirmək üçün qa-dına narkoz
vermişdir.
Doğuş zamanı sinir uclarının, uşaqlığın əzələ liflərinin və sinir kələflərinin (xüsusilə uşaqlıq boynunun daxili dəliyi nahiyyəsində) girdə,
oma
–uşaqlıq, xüsusi bağların və parametriumun qıcıqlan-ması baş verir. Qovulma dövründə çanaq dibi, xarici cinsiyyət orqanlarının
toxumaları qıcıqlanır. Do-ğuş ağrılarının yaranma səbəblərindən biri divarları sinir elementləri ilə zəngin qan damarlarının san-cılar
zamanı sıxılmaya məruz qalmasıdır. Doğuş ağrılarının yaranmasında uşaqlıq boynunun hamar-laşması və xarici dəliyin açılması zamanı
uşaqlıq boynunun sinir elementlərinin qıcıqlanması əhəmiy-yətli rol oynayır. Uşaqlıqdan gələn qıcıqlar MSS-nə daxil olur, orada beyin
qabığının sinir hüceyrələri bu impulsları qəbul edir və qıcıqları ağrıya çevirən oyanma mərkəzi yaranır. Beləliklə ağrı hissi beyin
qabığının fəaliyyəti nəticəsində meydana çıxır. Müəyyən edilmişdir ki, doğuş ağrılarının formalaşma-sında şərti refleks komponenti
mühüm rol oynayır. Söz qıcığının da böyük əhəmiyyəti vardır. Doğuş zamanı ağrıların qaçılmazlığı haqqında söz qıcığı qadınlarda qorxu
hissi yaradır. Ağrı qorxusu baş be-yin qabığının oyanmasını kəskin surətdə azaldır, qabıqaltı törəmələrin fəaliyyəti güclənir, bu da baş
beyinin ali şöbəsi ilə qabıqaltı mərkəzlər arasındakı qarşılıqlı əlaqənin pozulmasına səbəb olur.
Hamiləliyin I və II trimestrlərinə nisbətən, onun sonunda sinir liflərinin müəyyən hissəsi da-ğılır, uşaqlığın hissəvi denevrasiyası baş verir.
Bu ağrıya qarşı orqanizmin müdafiə reaksiyasıdır. Doğuş zamanı ağrılar psixoemosional gərginliyə, yorğunluğa, yorğunluq da öz
növbəsində uşaqlı-ğın yığılma qabiliyyətinin pozulmasına və dölün bətndaxili narahatlığına səbəb olur.
Ağrı reaksiyası ağırlaşmış və ekstragenital patologiyalar zamanı xüsusilə təhlükəlidir. Doğuş ağrıları hipertenziv vəziyyətlər zamanı
eklampsiyanın inkişafına təkan verir, ürək qüsürlü qadınlar-da kəskin ürək çatışmazlığına, ağır ağ ciyər patologiyası olanlarda isə ağ
ciyər ödeminə səbəb olur. Bütün bunlara görə doğuşun ağrısızlaşdırılmasının əhəmiyyəti böyükdür.
Doğuşun ağrısızlaşdırılması iki üsulla aparılır: medikamentoz və qeyri-medikamentoz.
Ağrısızlaşdırma metodları aşağıdakı tələblərə cavab verməlidir: mənfi emosiyaların, qorxu hissinin aradan götürülməsi; ağrıkəsici
effektin kifayət dərəcədə təmin edilməsi; doğuş prosesinə (fəaliyyətinə) mənfi təsir etməməsi; qadının ayıq olması (huşu aydın olmalı) və
doğuş prosesində fəal iştirak etməsi; laktasiya və zahılıq dövrünün gedişinə mənfi təsir etməməsi; tətbiqinin sadə və əlçatan olması.