Texnogen xarakterli fh


Kimyəvi təhlükəli obyektlər



Yüklə 30,93 Kb.
səhifə2/6
tarix20.04.2023
ölçüsü30,93 Kb.
#101038
1   2   3   4   5   6
AR ərazisində baş verə biləcək Texnogen xarakterli FH[1][1]

Kimyəvi təhlükəli obyektlər
Kimyəvi qəza- istehsalat obyektlərində baş verən və dərhal insanlara, avadanlıqlara və ətraf mühitə ciddi zərərli təsir göstərən hadisədir. Kimyəvi maddələrin qəza halında ətrafa yayılması heç bir iyə və rəngə malik olmayan zəhərli buludun əmələ gəlməsi ilə nəticələnə bilər. Kimyəvi qəza, istehsalatda texnoloji proseslərin pozulması, insanların həyatı və sağlamlığı üçün qorxulu olan təhlükəli kimyəvi - zəhərli maddələrin saxlandığı anbarların, onları nəql edən boru xətlərinin, daşıyan nəqliyyat vasitələrinin zədələnmasi, qəzalı vəziyyətə düşməsi nəticəsində atmosferə yayılması hadisəsidir. Tərkibində xlor, ammonyak, fosgen, sianid, sulfat turşusu maddələrin olduğu bu cür kimyəvi zəhərli məhsullar əsasən kimya müəssisələri, sellüloz kağız emalı kombinatları, mineral gübrələr istehsal edən, həmçinin qara və əlvan metallurgiya zavodları, pivə zavodları, şirniyyat fabrikləri, meyvə - tərəvəz anbarlarında tədarük olunub saxlanılır. Kimyəvi qəzanın insanlar və heyvanat aləmi üçün əsas təhlükəsi - orqanizmin normal fəaliyyətinin pozulması və bəzən də genetik dəyişmələrə səbəb olması ehtimalıdır ki, bu da müəyyən situasiyalarda kimyəvi təhlükəli maddələrin nəfəs orqanları, dəri, selikli qişa, yaralar və həmçinin qida vasitəsilə canlı orqanizmə keçməsi yolu ilə baş verir.
Azərbaycan iqtisadiyyatında fövqəladə təhlükəli kimyəvi maddələrlə işləyən 3,3 mindən çox obyekt fəaliyyət göstərir. Onlarıın 50%-dən çoxu ammonyak, təqribən 35%-i xlor, 5 %-i duz turşusu istifadə edir. Ayrıca, hər bir obyektdə eyni zamanda bir neçə min güclü təsirli zəhərli maddədən (GTZM) istifadə edilə bilər. Respublikda GTZM müəssisələrdə cəm miqdarı 10 min tona çatır. Bu müəssisələrin çoxu əhali sayı 10 mindən artıq olan iri şəhərlərdə və ya onların yaxınlığında yerləşir. Əsasən, bu müəssisələrə kimya, neft-kimya və neft emalı edən müəssisələr aiddir. Respublikanın iri şəhərlərində və həmçinin bir sı­ra kənd rayonlarında xeyli kimyəvi təhlükəli obyektlər yerləşir. Bunlar ammonyak işlədilən iri so­yu­ducu qurğulara malik ət-süd sənayesi obyektlərindən, ərzaq məhsulları ba­zar­la­rın­dan; xlordan istifadə olunan su təchizatı və təmizləyici qurğulardan; GTZM sis­tern­lə­ri tənzimlənən dəmir yolu stansiyalarından; kənd təsərrüfatı üçün kimyəvi pre­pa­rat­lar, dezinfeksiya maddələri ehtiyatları saxlanılan iri anbar və bazalardan ibarətdir. Bu­rada 20-dən artıq cürbəcür güclü kimyəvi maddələr olur.Respublikamızda belə kimyəvi təhlükəli obyektlərin sayı 60-dan artıqdır və xüsusən Sumqayıt, Bakı şəhərlərindəki su təmizləmə obyektlərində kimyəvi mad­də­lə­rin saxlandığı bu cür qurğular olduqca təhlükəlidir.

Yüklə 30,93 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin