Texnogen xarakterli fh



Yüklə 30,93 Kb.
səhifə5/6
tarix20.04.2023
ölçüsü30,93 Kb.
#101038
1   2   3   4   5   6
AR ərazisində baş verə biləcək Texnogen xarakterli FH[1][1]

Hidrotexniki qurğular
Hidrodinamik qəza – hidrotexniki qurğunun, yaxud onun bir hissəsinin sıradan çıxması (dağılması) və böyük miqdarda nəzarətdən çıxan su kütləsinin geniş ərazini basması ilə əlaqədar yaranan fövqəladə vəziyyətdir. Əsas potensial təhlükəli hidro­tex­ni­ki qurğulara su bəndləri, suburaxıcı və susaxlayıcı qurğular (şlüz­lər) aiddir. Hidrotexniki qurğuların dağılması təbiət qüvvə­lə­ri­nin (zəlzələ, güclü külək, bəndlərin yuyulması) və insan fə­a­liy­yətinin (təxribat məqsədi ilə hidrotexniki qurğulara, su bəndlərinə nüvə yaxud adi silahlarla zərbələrin endirilməsi) təsiri, eləcə də ti­kin­tidə və layihələnmədə yol verilən səhvlər nəticəsində baş verir..Bu qurğular adətən, iri yaşayış məskənlərindən kənarda yerləşir və yüksək məhlükə riskli obyektlər sırasına daxildirlər. Onların dağılması, geniş ərazilərin, şəhərlərin, kəndlərin, iqtisadi əhəmiyyətli obyektlərin fəlakətli dərəcədə su altında qalması ilə nəticələnə bilər, uzun müddətə gəmiçilik, kənd təsərrüfatı və balıqçılıq təsərrüfatında iş fəaliyyəti pozulur. Hidrotexniki qəzaların fəsadlarına aşağıdakılar aiddir:
- su qovşaqlarının zərər çəkməsi və ya dağılması və onların qı­sa, yaxud uzun müddət öz funksiyalarını yerinə yetirə bil­mə­məsi;
- 2–12 metr hündürlüyündə olan hidrotexniki qurğuların da­ğıl­ması nəticəsində 3–25 km/saat (dağlıq rayonlarda 100 km/saa- ta qədər ola bilər) sürəti ilə hərəkət edən su dalğasının ətrafa ya­yıl­ması ilə insanların zərər çəkməsi və dağıntıların olması;
- geniş ərazinin 0,5–10 m və daha çox hündürlükdə su al­tın­da qalması ilə fəlakətli subasma.
Kommunal təsərrüfatı obyektləri
Kommunal təsərrüfatı obyektlərində hər il təqribən iri miqyaslı 120 qəza baş verir. Onların nəticəsində dəyən maddi zərər onlarla milyard manatla ölçülür. Son illərdə baş verən qəzaların hər ikisindən biri istilik sistemlərində və obyektlərində, hər beşidən biri su təchizatı və kanalizasiya sistemlərində rast gəlir . Səhiyyə baxımından daha zərərli olan müəssisələr, partlayış və yanğın qorxusu olan müəssisələr sənaye rayonunun yaşayış zonasından uzaqda və digər müəssisələrə nisbətən külək tutmayan ərazidə yerləşdirilməlidir. Atmosferə zərərli maddələr ayıran sənaye kompleksləri və ayrı-ayrı müəssisələr elə yerləşdirilməlidir ki, hakim küləklər yaşayış zonasından sənaye komplekslərinə doğru yönəlsin.
Səth sularını çirkləndirən sənaye rayonları (istehsal zonası) müəssisələri ilə birlikdə çayın axın istiqamətində yaşayış ərazilərindən və səhiyyə-kurort yerlərindən aşağıda yerləşdirilməlidir.

Yüklə 30,93 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin